Qışın soyuq vədəsində, ürəyin dolub gəlmisən
Yaxşı yadımdadır, uşqlıq illərində kəndimizdə Novruz bayramı ərəfəsində, mart ayının əvvələrində yazın nəfəsi duyulan kimi qar altından boy verən bənövşə çiçəklərini dərib dəstə tutardıq. Bayram süfrəsində həmişə ətirli bənövşə dəstəsi olardı...
Ancaq bu dəfə bənövşə bir qədər tələsib, Yardımlya yanvar ayında gəlib. Qar altından boylanan bu şəkiləri Yardımlının Bozyran kəndindən tələbəlik dostum Gündüz Manafov çəkib göndərib. Görəsən, qışın oglan cagı qar içindən baş qaldıran bu gül niyə bu qədər tələsib? Hele onun açcan vaxti deyildi ki. Bəlkə qələbə xəbərimizi eşidib?
Sən bu dərdi çəkəmməzsən
Get o dağda bit, bənövşə.
Dünya dolu çöl, çəməndi,
Get, birində bit bənövşə.
Qışın soyuq vədəsində
Ürəyin dolub gəlmisən.
Mənim aglamağim gəlir
Gözlərini yum bənövşə,
Qulağını tut, bənövşə!
© 2020 - Created by İLK XEBER.