Fuad Hüseynzadə: “QHT-lər də vətəndaş mövqeyi sərgiləyərək fəal şəkildə iş apardılar” 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu müddət ərzində həm də informasiya savaşı aparıldı və bu savaş hələ də davam edir. Bu prosesdə vətəndaş cəmiyyətinin strukturlarından olan qeyri-hökumət təşkilatları nə ilə yadda qaldı? Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, “İlkxeber.org” saytının baş redaktoru Xanoğlan Əhmədov “Xalq Cəbhəsi”nə açıqlamasında “əvvəlcə, 44 günlük müharibədə əldə etdiyimiz böyük qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm, daim bizlərə qələbə nəsib eləsin”, - deyə bildirdi: “Bu qələbə bizim 28 illik torpaq nisgilimizə son qoydu, əyilmiş belimiz dikəldi, alnımıza vurulmuş ləkə silindi. İnanıram ki, 21-ci əsr qardaş Türkiyə və Azərbaycanın liderliyi nəticəsində TÜRK ƏSRİ olacaq. Bu qələbəni qazanmağımızın başlıca meyarı Xalq, Dövlət və Ordunun birlyi idi. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi bizim “yumruq kimi” birləşməyimiz mənfur düşmənin bel sütununu sındırdı, ağır məğlubiyyətə düçar etdi. Təbii ki, qələbənin qazanılmasında vətəndaş cəmiyyətinin də əhəmiyyətli rolu oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birbaşa rəhbərliyi altında ölkə QHT-ləri də 44 günlük müharibədə səfərbər oldular. QHT-lər şanlı Ordumuzun yazdığı şərəfli qələbə tarixi ilə bağlı müxtəlif şəkil, poster, video, infoqrafika və s. materialları maksimum yayaraq insanların pozitiv, yüksək əhval ruhiyyədə qalmasını təmin edə bildilər. Çünki paylaşılan bütün materiallar ictimai rəyə təsir edir. Təsəvvür edin: “Bizim torpaqlarımız işğaldan azad olub”,“Bayrağımız bütün rayonlarda dalğalanacaq” və s. kimi paylaşımlar kütləvi şəkil almışdı. QHT-lər cənab Prezidentin, Ali Baş Komandanın yanında olaraq, onun fikirlərini yüksək tutaraq sosial mediada da bu yöndə işləriniuğurla davam etdirirdilər.Bir sözlə, biz QHT-lər cənab Prezidentin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” ifadəsini özümüz üçün deviz seçmişdik. Əminəm ki, qazandığımız bu möhtəşəm qələbənin bütün istiqamətlər üzrə möhkəmləndirilməsində QHT-lər öz töhvəsini verəcəklər”. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə diqqətə çatdırdı ki, ikinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi: “Bu dövrdə əksər sahələrdə çalışan soydaşlarımız aktivlik göstərdi. Eyni zamanda, QHT-lərimiz də vətəndaş mövqeyi sərgiləyərək fəal şəkildə iş apardılar. Bildiyimiz kimi, həmin dövürdə erməni lobbisi Azərbaycana qarşı kəskin şəkildə qara kampaniya apardı və xarici mediada, eləcə də sosial şəbəklərdə dezinformasiyalar yaydılar. Buna cavab olaraq vətəndaş cəmiyyəti də aktiv şəkildə erməni yalanlarının ifşa olunması istiqamətində sosial şəbəkələrdə fəaliyyət göstərdi. Bir çox QHT nünayəndələri sanki səngərdə keşik çəkən əsgərlərimiz kimi daimi olaraq informasiya müharibəsinin önündə oldular. Bir neçə dəfə QHT-lər kütləvi şəkildə beynəlxalq təşkilatlara müraciət ünvanladılar. Bu işi hər kəs milli vəzifə bilərək könüllü edirdi. Və bununla QHT-lər də erməni mifinin dağıdılmasına öz töhfələrini verdilər. QHT-lərimizin digər fəaliyyət istiqaməti Milli Orduya yardım kampaniyalarında iştirakı oldu. Əsgərlərin yanında olmaq, onlara isti geyim və ərzaq göndərməklə QHT nümayəndələri də vətəndaşlıq borclarını yerinə yetirdilər”. Politoloq Mirsamir Məmmədov dedi ki, müharibənin bütün ağırlığını cənab Ali Baş Komandan öz çiyinlərində daşıdı‚ iplomatiya cəbhəsində düşmənlərlə savaşdı və hər kəsi‚ bütün Ermənipərəst qüvvələri yerində oturtdu‚ hər kəsin layiqli cavabını verdi‚ diplomatiyada‚ siyasi cəbhədə cənab Prezident özünün misilsiz diplomatik bacarığı sayəsində ölkəmizə qələbə bəxş etdi: “Savaşlar ilk öncə diplomatiyada qazanılır. Azərbaycan dövləti də hərb meydanında olan üstünlüyə qədər diplomatik cəbhədə də eyni üstünlüyə malik oldu. Məhz dövlətimizin başçısının sərgilədiyi yüksək diplomatik məharəti ilə diplomatik cəbhədə böyük şücaət qazandıq. Hərb cəbhəsində düşməni məhv etdiyimiz qədər məhz diplomatiyada da onların ruhunu məhv etdik. Diplomatiyada əldə edilən uğur əlbəttə ki‚ hərb meydanına da təsirsiz ötüşmədi. Hərb meydanında düşməni məğlub etməyimiz də diplomatiyada öz sözünü dedi. Amma mövcud ermənipərəst dünyaya və ermənipərəst qüvvələrə siyasi cəbhədə göstərilən güclü müqavimət məhz cənab Prezidentin müstəsna xidməti və zəngin dövlətçilik təcrübəsi‚ diplomatik bacarığı sayəsində mümkün oldu. Eyni zamanda, burada xalqımızın dilindən‚ dinindən və etnik mənsubiyyətindən və hətta siyasi düşüncəsindən asılı olmayaraq dövlətimizi və Ali Baş Komandanı dəstəkləməsi‚ xalqımızın döyüş əzmi‚ savaş coşqusu‚ vətən sevgisi‚ güclü vətənpərvərliyi‚ həmrəyliyi və dövlətimizlə sıx birliyi öz sözünü demiş oldu. Bu‚ birmənalı olaraq belədir. Bütün xalqımız Ali Baş Komandanı‚ Dövlətimizi və ordumuzu canı və qanı bahasına dəstəklədi. Bunu da bütün dünya gördü və bundan qorxuya düşdülər. Bu hal müharibənin taleyini ilk gündən həll etdi. Əlbəttə ki‚ bu Vətən Müharibəsində ən çox aktivlik göstərən və prosesə təsir edən ən birinci amil sadə insanların vətənpərvərliyi və sərgilənən vətən sevgisi oldu. Ümumi xalq olaraq hamı bir nəfər kimi Dövlətimizin müdafiəsində oldu‚ kiminsə fəaliyyətinin az‚ kimin fəaliyyətinin çox olmasını demək biraz çətindir. Fərd olaraq hər kəs informasiya cəbhəsində səfərbər olaraq Dövlətimizin və ərazi bütövlüyümüzün müdadiəsindədir‚ hər kəs ordumuzla birgə savaşdı‚ təbii ki, hər kəs öz seqmentində‚ hər kəs öz sferasında. Hər kəsin əməyini yüksək qiymətləndiririk. Kimlər aktivlik sərgiləmədisə‚ kimlər isə dövlətimizin müdafiəsində olmadısa və dövlətimizin siyasətini qorumadısa‚ onlar vətənə xidmət etmək fəxarətindən məhrum oldular. Çox dərinə getmək istəmirəm, amma müharibəni səngərdə şanlı əsgərimiz‚ diplomatiyada cənab Prezident və də bu prosesə dəstək verən sadə xalq kütləsi apardı. Qələbə də əsgərimizin‚ cənab Prezidentin və canı‚ qanı ilə ordumuzla və dövlətimizlə birgə olan və savaşan sadə insanların‚ öz qanıyla tarix yazanların haqqıdır”. "Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emil Həsənli bu dövr ərzində Qarabağ ailələri, Türkiyə qaziləri ilə görüşlər keçirildiyini, bir sıra maarifləndirici tədbirlər təşkil olunduğunu qeyd etdir: “İllərlə Azərbaycanın Ermənistanla apardığı haqq savaşı barədə dünyanın nüfuzlu təşkilatlarına, parlamentlərinə ingilis, fransız, alman dillərində informasiya ötürmüşük. Bu işdə aparıcı qüvvə Ali Baş Komandandır. QHT-lər də üzərinə düşən yükü müəyyən qədər edir”. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov vurğulayıb ki, müharibə, eyni zamanda, informasiya cəbhəsində də gedir: “Hamıya məlumdur ki, müharibə zamanı informasiya siyasəti çox böyük əhəmiyyət daşıyır. Prezidentin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratdı. Daxili auditoriya mərkəzləşmiş qaydada hərbi informasiya mərkəzindən döyüşlərin gedişi və cəbhədə qazandığımız uğurlarla bağlı operativ məlumatlandırılır. Müharibə başlayandan Cənab Prezident dünyanın ən məşhur televiziya kanalları olan “CNN”, “Əl-Cəzirə”, “Euronews”, “CNN-Türk”, “Rossiya 1”, Türkiyənin TRT Haber, Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur kanallarına ümumilikdə onlarla müsahibələr verib. Cənab Prezident bu müsahibələrində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və eləcə də uzun illərdən bəri işğal altında olan torpaqlarımızda tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyr-qanuni köçürlümə siyasətinin həyata keçirildiyi və 27 sentyabrdan başlayaraq Ermənistanın növbəti dəfə mülki əhalimizə qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar, təxribatlar, təcavüzlər barəsində bütünlüklə dünya ictimaiyyətini məlumatlandırıb. Cənab Prezident bu müsahibələrində çox ardıcıl və qətiyyətli oldu. Prezident bu müsahibələrində bütün dünyaya təkcə, nəinki Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dolğun və əsaslı məlumat verdi, həm də bütün dünyaya real və həqiqi tarixi çatdırdı. Ermənilərin bu ərazidə yerləşməsindən, onların buraya köçürülməsindən danışdı. Beləliklə də, bütün dünya həm də Azərbaycan tarixini öyrənmiş oldu. Çünki onlara ermənilərin bu əraziyə nə zaman köçürülməsi, tarixi Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri haqqında geniş bilgi verdi. Dünya ictimaiyyətinə, bu telekanalların çoxsaylı auditoriyasına ustalıqla, çox böyük elmi və tarixi əsaslandırmalarla master-klass keçdi. İnformasiya müharibəsi ölkəmizin düşmənlə savaşının böyük bir hissəsini təşkil edirdi. Prezident Ali Baş Komandan kimi hərb cəbhəsində deyil, eyni zamanda, informasiya cəbhəsində də öz sözünü dedi. Siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının, kütləvi informasiya vasitələrinin birlikdə bu informasiya müharibəsində iştirakı, sosial şəbəkələrin məhz bir araya gələrək yalnız qələbə, yalnız Vətən, yalnız Qarabağ uğrunda birləşərək düşmənə qaşı vahid cəbhədə, vahid mövqedə çıxış etməsi və eləcə də xarici ölkələrdə yaşayan diaspora təşkilatlarımızın qardaş Türkiyə diasporası ilə birləşərək birlik nümayiş etdirməsi, aksiyalar keçirməsi Ermənistanın təcavüzünə etiraz aksiyalarının təşkili, eləcə də diplomatiyamızın hücum diplomatiyasına çevrilməsi, məhz bizim informasiya cəhəsində qalib gəlməyimizə bu gün əsas təkan verən amillərdəndir...”. Əli Zülfüqaroğlu
© 2020 - Created by İLK XEBER.