Ermənistanı kimlər satdı? Niyə Azərbaycan… - Qriqoryan

İndi Ermənistanda vəziyyət çox gərgindir. Yaranmış vəziyyətdə Ermənistanda bir qisim insan məğlubiyyəti qəbul etməyə hazırdır. Ölkədə siyasi vəziyyət həddən artıq gərgin və emosionaldır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan telekanalının canlı efirində bu ölkənin İctimai radiosunun keçmiş icraçı direktoru Mark Qriqoryan bildirib. “Ermənistanda insanlar məğlubiyyətə gətirib çıxaran xəyanətkarların kim olduğunu bilmək istəyir: Bu satqınlar kimlərdir? Nə üçün Azərbaycan Ordusu bu qədər hazırlıqlı oldu? Ermənistan ordusunun həddən artıq pis vəziyyətdə olmasında kimin günahı var? Nə üçün əvvəlki toqquşma cəmi 4 gün davam etdi, bu isə bu qədər uzandı? Nə üçün Ermənistan rəhbərliyi bu sazişi imzalamağa məcbur oldu?” - deyə Qriqoryan bildirib. O etiraf edib ki, cəbhədəki vəziyyət Ermənistan tərəfi üçün həqiqətən çox ağır idi: “Hər şeyimizi itirmək riski daha çox idi. Azərbaycan Ordusunun güc baxımından ciddi üstünlüyü vardı”.