Qorxmaz Ibrahimli, Aydınlar Partiyası sədrinin birinci müavini Xain ermənilər 27 sentyabrdan başlayan sürəcdə haqq işimizin uğurla yürüdüyünü görüb can halına düşdülər. Paşinyan məlum dövlətlərin liderlərinə yalvarırdı ki, atəşkəs olmasına kömək eləsinlər. Son nəfəslərində yenə ağaları kömək oldular. Humanitar atəşkəs üçün anlaşma imzalandı. Anlaşmanın içərisini cəfəng maddələrlə də doldurdular. Elə ilk 24 saatın başlanğıcında xislətlərini ortaya qoydular. Gecə yarısı Xocalıya soxularaq dinc sakinləri qətl etdiklərinin təkrarını elədilər. Yenə də gecə yarısı öz yatağında rahat uyuyan Gəncə sakinlərini xain raket saldırısı ilə sarsıtdılar. Hamımız xəbərdən sarsıldıq. Neçə gözəl yurddaşımız yaşamını itirdi. Onlarla yaralanma, gecənin o saatındakı partlayışın psixoloji təsirindən yüzlərlə məsum körpələrimiz, dinc sakinlərimiz sarsıldılar. Ömər balanın söylədikləri adamın içini sökür. Bütün bunlardan sonra mənfur düşmənin heç bir sülh və birgəyaşayış niyyətinin olmadığı bir daha sübut olundu. “Dənizdən dənizə” imperiya qurmaq xülyasından xəstələnmiş bir millətə heç bir müalicə təsir etməyəcək. Hitler Almaniyasının halındadırlar. Xəstədirlər. Xilasları yoxdur. “Axırıncı aşırım” filmindəki Kərbəlayı İsmayılın sözləri adamın yadına düşür... Son yüz ildə nə qədər torpaqlarımızı ələ keçiriblər... Milyonlarla insanımızı bu günkü Ermənistan ərazisindən didərgin salıblar. Yüz minlərlə insanımızın ölümünə səbəb olublar. Ötən əsrin əvvəlində insanlarımızı toplu şəkildə qətl ediblər... Bu millət belədir. Bunlardan yaxşı bir hərəkət gözləməyin, əziz yurddaşlar. Allah bunları qəhr eləsin. Ürəkdən dua edirəm. Yetər artıq! Bu dəfə göbəyimizi özümüz kəsəcəyik! Dünya da ermənilərin cinayətlərinə, işğalçı olduqlarına kar, kor və laldır. Bir çox ölkələrdən dəstək də gözləmirik. Allah haqq işimizdə bizimlə bərabər olan Türkiyə, Pakistan, Ukrayna, İsrail, Əfqanıstan və digər ölkələri qorusun. Əziz dostlar, sevimli yurddaşlar, biz dayanmamalıyıq. Mənfur düşmənə qarşı milli birliyimizi qorumalıyıq. Müharibəni qazanana qədər bu birliyimizə kölgə salmamalıyıq. Mən şəxsən müxalifətdə olan bir siyasi partiyanın rəhbərliyində olan, mövcud hakimiyyətin müharibəyəqədərki siyasətindən narazı olmuş və zərər görmüş insan olaraq bütün siyasi iddialarımı dondurmuşam. Hakimiyyətdən gələcək hər hansı bir çağrışı qələbə günümüzə qədər dəstəkləyəcək və əllərimdən gələn bütün dəstəyi verəcəyəm. Ali Baş Komandanımız İlham Əliyev bu haqq işimizdə şəxsimdən və ətrafımda olan insanlardan nəyi tələb edərsə, yerinə yetirməyə hazıram. Prezidentimiz İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda apardığımız bu müqəddəs davamızda öndədir. Bizlər də arxa olacağıq. Bu savaşın qalibi olacağımıza daxilən inanıram. Bu qələbədə öndə olacaq Prezident İlham Əliyev Milli Qəhrəmanımız olacaq. Bircə dayanmayaq. Humanitar atəşkəs dövründə xain zərbə yesək də səbr etdik. Düşmənə verdiyimiz vaxtda isə gerisayım davam edir. Atəşkəsin vaxtı bitənə qədər itilib getməlidirlər. İtilib getməsələr qovub məhv edəcəyik! Darmadağın edəcək Azərbaycan əskəri! Bir yumruq kimi birləşmişik. Bu yumruq düşmənin başına dəyəcək hər zaman. Qardaş Türkiyənin bu sürəcdə verdiyi və verəcəyi dəstək tükənməz təşəkkürlərə layiqdir! Yaşa! Yaşa, Azərbaycan! Yaşa, var ol!
© 2020 - Created by İLK XEBER.