“Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” çərçivəsində avqust ayının 5-i və 6-ı tarixlərində "Virusla mübarizədə birgə olaq!" başlığı altında Abşeron rayonunda yaşayan az təminatlı ailələrlə növbəti görüşünü reallaşdırmışdır. Görüşdə iştirak edən Ziyalı Ocağı İctimai Birliyinin sədri İlahə Əliyeva bildirib ki, respublikamızda pandemiyadan əziyyət çəkən əhalinin sosial təminatına dəstək məqsədi ilə geniş xalq kütləsi arasında olur, onlara bütün dünyanı öz ağuşuna alan pandemiya ilə bağlı məlumatlandırırıq. Onlara pandemiya ilə mübarizədə vətəndaşlara psixoloji dəstək amaclı tövsiyyələr olunacaq, təhlükəli məqamlardan qurtulmağın yolları haqqında izahlar verilir. Biz bu görüşdə də keçirdiyimiz sorğular və suallar əsasən layihəmizin əhatə etdiyi Abşeron rayonunda da yaşayan aztəminatlı ailələrə qismən dəstək məqsədi ilə ərzaq yardımına daha çox ehtiyacı olan ailələri axtadıq və siyahıya aldıq.
© 2020 - Created by İLK XEBER.