Dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla telefonla danışıb. İlkxeber.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığında Qarabağ ətrafındakı son proseslər müzakirə edilib. Nazirlər bu istiqamətdə apardıqları danışıqlar və görülən işlərlə bağlı bir-birilərini məlumatlandırıblar.
Bundan əvvəl Türkiyə xarici işlər naziri bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət Qarabağda atəşkəsə çağırmaqla yanaşı Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə də çağırmalıdır. Əks halda atəşkəs çağırışları səmimi görünməyəcək. Çavuşoğlu Türkiyənin Azərbaycana dəstəyini bir daha ifadə edib, həm sahədə (yəni döyüş meydanında), həm diplomatiyada Azərbaycanın yanında olacağını vurğulayıb.