-Ümumilikdə dünyada o, cümlədən Qafqazda ABŞ-la Rusiyanın maraqları toqquşmaqdadır, bu toqquşmanın nəticəsidir ki, dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdədir. ABŞ Rusiya sərhədlərinə yaxın, onun maraq darəsində olan ölkələrdə münaqişə ocaqlarını körükləməsi və bu bölgədə siyasi gərginlik yaratmaqla rəsmi Moskvanı nüfuzdan salmaqdadır. Buna misal olaraq Ukraynada, Belarusiyada, Gürcüstanda və s. ölkələrdə baş verən hadisələri qeyd etmək yerinə düşərdi. Qafqaz regionu, xüsusilə də Ermənistan - Azərbaycan konfiliktinin sülh yolu ilə həlli Rusiya üçün xüsusi əhmiyyət daşıyır, bu marağı ABŞ gözəl anlayır. Bu məqsədlə Ermənistanda Paşinyanın inqlab yolu ilə hakimiyyətə gətirilməsi təsadüfü deyil. Bildiyiniz kimi Rusiyanın təşəbbüsü ilə Qarabağ konfiliktinin sülh yolu ilə həlli üçün mərhələli planın həyata keçirilməsi nəzərdə tutulmuşdur, Paşinyanın avanturist siyasətinin nəticəsində mərhələli planın qarşısı alındı. Bununla da Paşinyan bu siyasəti ilə ABŞ maraqlarına xidmət etmiş oldu. Son hadisələr yəni prezident Putinin təşəbbüsü ilə Moskvada imzalanmış humanitar atəşkəsin nümayişkəranə surətdə Gəncə şəhərinin raketlə vurulması faktı onu göstərir ki, Paşinyan bu əmri özbaşına verməyib. Hesab edirəm ki, bu mesaj Rusiya prezidentinə yönəlmiş bir mesajdır, məqsəd prezident Putinin humanitar atəşkəs təşəbbüsünü fiaskaya uğratmaqdır, onun dünyadakı siyasi imicinin nufuzdan salınmasına hesablanmışdır.