İranda ötən sutka ərzində 211 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib. S.Sadat Larinin sözlərinə görə, bununla da bu virusdan ölənlərin sayı 26 957 nəfərə yüksəlib. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 653 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 471 772 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 154 nəfərin vəziyyəti ağırdır. Sadat Lari əlavə edib ki, İranda indiyədək 389 966 nəfər koronavirusdan sağalıb. Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar. İranda indiyədək 4,12 milyondan çox diaqnoz testi həyata keçirilib.
© 2020 - Created by İLK XEBER.