“Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Azərbaycan məsələni döyüş meydanında həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilsin?”, - nazir vurğulayıb.
© 2020 - Created by İLK XEBER.