zərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Musavat.com xəbər verir ki, bəyanatda deyilir: “Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir. Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemoloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan Baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır. 2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir. Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir! Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq. 1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov 2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı 3. Ana Vətən Partiyası – Fəzail Ağamalı 4. Böyük Quruluş Partiyası – Fazil Mustafa 5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev 6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə 7. Vəhdət Partiyası – Tahir Kərimli 8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev 9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev 10. Milli Cəbhə Partiyası – Razi Nurullayev 11. ReAL Partiyası – İlqar Məmmədov 12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə 13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev 14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu 15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn 16. Ədalət Partiyası – İlyas İsmayılov 17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev 18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər 19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan 20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə 21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli 22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov 23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə 24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova 25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev 26. Milli Vəhdət Partiyası – Yunus Oğuz 27. AĞ Partiya – Tural Abbaslı 28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev 29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev 30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli 31. Azadlıq Partiyası – Əhməd Orucov 32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov 33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov 34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev 35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov 36. Yeni Zaman Partiyası – Musa Ağayev 37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev 38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan 39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov 40. Milli Konqres Partiyası – İxtiyar Şirinov 41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov 42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov 43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov 44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev 45. Birlik Partiyası – Xudadat Xudiyev 46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu 47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov 48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov 49. Qorqud Partiyası – Firudin Kərimov 50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev"
© 2020 - Created by İLK XEBER.