Bir çox beynəlxalq ədəbiyyat mükafatına sahib olan Kiprli yazıçı Həsən Çakmaka Bakıda professor adı verilib. Dünyanın bir çox ölkəsində aparılan mədəni və bədii araşdırmalara görə, Azərbaycanın bütün universitetlərinin bağlı olduğu "Elm və Təhsil" mərkəzi Kiprli yazıçı Həsən Çakmak'a Fəxri professor adı verib. Kitabları dünyanın ən nüfuzlu təhsil ocağı olan Oksford Universitetinə qəbul olunan Həsən Çakmak yeni tədris ilində Azərbaycanda professor adına layiq görülüb. Elm və Təhsil Mərkəzinin rəhbəri professor Nadir Məmmədlinin imzası olan diplom yaxın günlərdə Bakı Dövlət Universitetində keçiriləcək mərasimdə Kiprli yazıçı Həsən Çakmaka təqdim ediləcək. Yazıçı Həsən Çakmaka diplom təqdim edilməsi mərasimi Bakıdakı pandemiyadan sonra təxirə salındı. Nadir Məmmədli bildirib ki, professor elmi adının təqdimatı yaxın günlərdə keçiriləcək. Professor adı almaq üçün Azərbaycana gedən Həsən Çakmak Bakının universitetlərində və mədəniyyət mərkəzlərində konfranslar verəcək.
© 2020 - Created by İLK XEBER.