...Torpağımızın və millətimizin başının üstünü qara bir duman kimi örtmüş erməni kabusu öz havadarlarının fitvası ilə yenə də sərhədlərimizdə qan tökməkdə xüsusən, Tovuz rayonunda etdikləri hərbi-siyasi cinayətlər yaşadığımız məşəqqətli günlərin aktual mövzusu olmaqda davam edir.
Əslən Tovuz rayonundan olan ziyalıların torpaq, Vətən təəssübkeşliyi adamda fəxarət hissini daha da artırır, İlham Rəhimov kimi Vətən oğullarının milli qeyrət hissi hər bir azərbaycanlının ünvanını, məsləkini, əqidəsini bir daha zənginləşdirir. Çox təəssüflər olsun ki, İlham Rəhimov kimi Vətən, torpaq aşiqlərinə qısqanc, paxıl, xain bir münasibət Azərbaycan siyasi-ideoloji əxlaqi mühitinin, şəxsiyyətə bolşevik-mənfur kommunist yanaşmasından başqa bir şey deyil.
İlham Rəhimovun Azərbaycan torpağı qarşısında, Vətən qarşısında xidmətləri indiyə qədər yetərincə idi və indi də daha çox bu xidmət bütün sferalardan açıq-aydın görünməyə başlayıb. Müstəqil Dövlətlər Birliyində və onun hüdudlarından çox-çox uzaqlarda da İlham Rəhimov şəxsiyyəti və vətənpərvərliyi düşmənlərimizin gözünü çıxarmaqdadır. İlham Rəhimov bu gün Azərbaycan cəmiyyətində siyasi-elitar bir məktəbdir. Vətənpərvərlik, xeyriyyəçilik, millətçilik məktəbi. Bu məktəbin Qənirə xanım Paşayeva, Qəzənfər Paşayev, İlham Pirməmmədov, Musa Süleymanov, Mahiyyət, Sahib, Elçin müəllim kimi ləyaqətli müdavimləri İlham Rəhimovun tutduğu bu müqəddəs yolla irəliləməkdədirlər.
İlham Rəhimovun işgüzarlığı, xeyirxahlığı, Vətənə sədaqətliyi günü-gündən artdıqca ona qısqanc, paxıl münasibət də davam edir.
Hüquq elmləri dokroru, professor, xeyriyyəçi, Vətən aşiqi, torpaq aşiqi İlham Rəhimov kimi yetkin, mətin və məğrur bir şəxsiyyəti nədən Azərbaycan Respublikasının, Dövlət Orqanlarının yüksək kürsülərində vəzifə arxasında görə bilmirik? Deputat mandatını dəfələrlə mənimsəyən və təyin olunan “deputatlar”, görəsən, heç xəcalət çəkirlərmi ki, neçə illərdi İlham Rəhimov kimi milli düşüncə sahibinin yerini zəbt etməkdədirlər. Bax bu kimi qısqanc, paxıl, rəzil səbəblərdən Vətən torpaqlarımız əldən gedir: Şair Qabil demişkən:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Hüquq elmləri doktoru, professor İlham Rəhimovun son zamanlar nəşr olunmuş “Cinayət və cəza” - kitabı MDB ölkələrində geniş yayılaraq dərs vəsaiti kimi tələbələrin stolüstü kitabına çevrilib. “Cinayət və cəza” hüquqi müstəvidə insan və vətəndaş azadlığının tərənnümünə yazılmış hüquqi trakatlardı... Cəmiyyətimizin bütün istiqamətlərində İlham Rəhimovun genişmiqyaslı xeyriyyəçilik missiyası da özünü aydın şəkildə göstərməkdədir. Elə bir insan olmaz ki, problemlə üzləşəndə ona müraciət etməsin. İlham Rəhimov heç bir vaxt problemli insanlara laqeyd qalmayıb, əlindən gələn köməyini edib. Onun xeyriyyəçilik missiyası Müstəqil Dövlətlər Birliyində yaşayan Azərbayacn vətəndaşlarına həmişə möhkəm bir dayaq olub...
Bu böyük İnsan haqqında dilimizin lüğət tərkibində olan ən xoş, səmimi sözləri nə qədər də yazsaq, bəlkə də az edər. Çünki bu insanın böyüklüyündən qaynaqlanan səmimiliyi, qayğıkeşliyi, hamıya bir gözlə baxmağı onun bədxahlarının bəlkə də nə vaxtsa peşimançılığına səbəb olacaq.
Xalqının, millətinin taleyüklü problemlərini, arzularını çiyinlərində daşıyan hər bir şəxsiyyəti, həmin şəxsin yaşadığı zaman yetişdirir.
***
Şəxsiyyətin zamana, zamanın şəxsiyyətə ehtiyacı var. İlham Rəhimov kimi şəxsiyyət zamanın, vaxtın ələyindən keçib gəlir. Taleyüklü məsələlərin həllində Tanrı onlara imkan, səxavət, qətiyyət verir ki, xalqın, millətin dərdi-sərinə şərik olsunlar. İlham Rəhimov kimi nəhəng, siyasi-hüquqi cəhətdən yetkin, savadlı, istedadlı Vətən aşiqinin layiq olduğu yüksək kürsülərin yeri göstərilmir, ona qarşı paxıllıq, qısqanc münasibət bu gün də davam edir. Sonra deyirik ki, Qarabağ məsələsi niyə həllini tapmır? - Çünki Qarabağın taleyini həll edəcək İlham Rəhimov kimi Vətən aşiqinin yaşamaq və xalqa, millətə xidmət etmək haqqını biz millət olaraq düzgün qiymətləndirməliyik və haqq etməliyik.
Vəli Səmədli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü