Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək. "Report"un məlumatına görə, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək. Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. 23 sentyabr UEFA Çempionlar Liqası Pley-off mərhələsi İlk oyunlar 23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) 23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) 23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna) Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək. Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.
© 2020 - Created by İLK XEBER.