Bunu “Ölkə.Az”a açıqlamasında Aydınlar Partiyasının sədri, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədrinin sözlərinə görə, Prezidentin son çıxışlarından gəldiyim qənaət bundan ibarətdir. “Prezident eyni zamanda hesab edir ki, beynəlxalq aləm Ermənistanın təcavüzkar siyasət yürütdüyünü qəbul etsə də, lakin onun bu işğal siyasətinə qiymət verib, buna son verilməsinə suqun yanaşır. Bu bir daha sübut edir ki, beynəlxalq hüquq faktiki olaraq işləmir. Beynəlxalq hüquq işləməyəndə Azərbaycan da istənilən vaxt işğal altında olan torpaqlarını azad edə bilər. Ermənistan tərəfinin təxribatlarını davam etdirməsi Azərbaycana imkan verir ki, təcavüzkara layiqli cavab verib, öz ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etsin”- Qulamhüseyn Əlibəyli bildirib.
Əlibəyli əlavə edib ki, faktiki olaraq beynəlxalq təşkilatlar və güclər Ermənistanın işğalçı siyasətinə susqun münasibət sərgiləyib: “Bu istər ATƏT və ATƏT-in Minsk qrupu həmsədrləri olsun, istər BMT olaun. Baxmayaraq ki, BMT TŞ münaqişə ilə bağlı 4 qətnamə qəbul edib, amma həmin qətnamələrin icrası ilə bağlı nəzarət mexanizmi hazırlanmayıb. Bəzi digər beynəlxalq güclər də var ki, təcavüzkara susqun münasibət sərgiləməklə əslində işğlaçını həvəsləndiriblər. Belə olan halda Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun öz ərazini azad etmək hüququ var”.
Partiya sədri onu da bildirib ki, beynəlxalq təşkilatlar və güclər münaqişənin doğrudan da danışıqlar yolu ilə həllini istəsəydilər, o zaman Ermənistana işğalçı siaysətinə son verməsinə və Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur edə bilərdirlər: “Bunun üçün onların Ermənistanı işğlaçı siyasətindən çəkindirmək üçün yetərincə imkanları var. İndi isə Azərbaycanın tam hüququ var ki, güc yolu ilə torpaqlarını azad etsin. Bir az öncə söylədiyim kimi, beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi Azərbaycana bu hüququ verir. Əgər Azərbayacan sabah belə bir əməliyyat həyata keçirərsə heç bir beynəlxalq təşkilat və güc ona artıq irad tuta bilməz. Əgər belə bir irad olarsa, bir daha qeyd edirəm ki, bu, ilk növbədə təcavüzkar Ermənistana olmalıdır. Çünki Azərbaycn beynəlxalq hüququ pozaraq hər hansı ölkənin ərazisini işğal etmir, əksinə məruz qaldığı təcavüzün nəticələrini aradan qaldırmaq istiqamətində konkret addım atır. O baxəmdan Azərbaycanın işğala son qoymaq üçün atdığı istənilən addım büynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur”.
Mürtəza
Ölkə.Az