İtaliyanın "Roma" klubu texniki məğlubiyyət ala bilər. "Report"un məlumatına görə, səbəb "canavarlar"ın A Seriyasının I turunda "Verona" ilə oyunun iştirak ərizəsinə yarımmüdafiəçi Amadu Diavaranın yanlış daxil edilməsidir. Paytaxt təmsilçisi iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-dək olan oyunçu kimi sifariş edib. Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Növbəti turda "Roma" "Yuventus"la, "Verona" "Udineze" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.
© 2020 - Created by İLK XEBER.