İtaliya A Seriyasında ilk turun son oyunu keçirilib. "Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "Bolonya" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Zlatan İbrahimoviç vurub. 35-ci dəqiqədə hesabı açan isveçli hücumçu 50-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə dubl edib. 88-ci dəqiqədə "Bolonya"dan Mitçell Deyks qırmızı vərəqə alıb. Qeyd edək ki, Zlatan İbrahimoviç ardıcıl 23-cü mövsüm qol vurmağı bacarıb. O, İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus" və "İnter", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" klublarında da fərqlənib. İbrahimoviçin "Milan"la müqaviləsi 2021-ci ilin yayınadəkdir.
© 2020 - Created by İLK XEBER.