Sentyabrın 21-də "Savalan" Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası" adlı layihəsi cərcivəsində "Qarabağın tarixi abidələri barədə həqiqətlərin dünyaya catdırılması" mövzusunda onlayn konfrans təşkil edib. Qeyd edək ki, tarixçi alimlərin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fuad Rzazadə də qatılmışdı. Tədbiri layihənin rəhbəri AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun aparıcı elmi işcisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov acaraq iştirakcıları salamlayıb. Layihə barədə konfrans iştirakçılarına məlumat verən K.İsmayılovun sözlərinə görə, layihə çərçivəsində işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında məlumatları özündə əks etdirən Azərbaycan və ingilis dilində kitab hazırlanıb və yaxın günlərdə çap olunacaq. “Bu kitabda toplanmış materiallar yerli və bu beynəlxalq ictimaiyyətə yeni bilgilər əldə etməyə imkan verəcək. Bu məlumatlar işğal altında qalan Qarabağ abidələri barədə alacaqları geniş informasiya və məlumatlar onlarda obyektiv münasibətin yaradılmasına böyük yardım olacaq. Bundan əlavə mövzu ilə bağlı mətbuatda 6 məqalədən ibarət geniş yazılar çap edilib”-K.İsmayılov qeyd edib. Onlayn konfransda 3 məruzə dinlənilib. AMEA-nın Ziya Bünyadov adına Şərqşunaslıq İnstitutunun aparıcı elmi işcisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dağıdılmış tarix, mədəni-mənəvi abidələrimiz” mövzusunda məruzə edib. Məruzəçi 1988-ci ildən başlayan Dağlıq Qarabağ probleminin Ermənistan-Azərbaycan müharibəsi ilə nəticələndiyi və bunun nəticəsində işğal altında qalan ərazilərdə tarixi, mədəni abidələrin dağıdılması, alban abidələrinin erməniləşdirilməsi haqqında onlayn-konfrans iştirakcılarını məlumatlandırdı. Digər məruzəçi AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Azərbaycan torpaqlarının işğal planı: maddi və mənəvi problemlər” mövzsunda çıxış edib. Faiq Ələkbərli deyib ki, Azərbaycan ərazilərinin işğalı Car Rusiyasının XVIII əsrdən apardığı hərbi siyasi taktikalarla bağlı olmuşdur. Belə ki, Car Rusiyası azərbaycanlıları, müsəlmanları öz torpaqlarında assimilyasiya etmiş yada miqrasiya siyasəti aparmışdır. Xüsusi ilə İrəvan və Qarabağ bölqəsində assimilyasiya və miqrasiya daha ağır nəticələrə gətirib cıxarmışdı. Hazırda işğal ərazilərində erməniləşdirmə siyasəti davam etməkdədir. Kecən əsrdə işğal olunmuş ərazilərimizdəki tarixi mədəniyyət abidələri məhv edilmişdir. Xüsusilə, xristian-türk-alban mədəniyyət abidələrimiz hec bir əsas olmadan mənimsənilmiş və proses indi də geniş miqyasda həyasızcasına davam etməkdədir. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Qazax rayonunun Ermənistanın işğalı altındakı tarixi-mədəni abidələri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, hazırda Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi Ermənistanın işğalı altındadır. Bu kəndlərdə Azərbaycanın bir çox qədim tarixi-mədəniyyət abidələri vardır. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisində 14 abidə vardır ki, bu gün həmin abidələr və yerləşdiyi ərazi düşmən tapdağı altındadır. Məruzələr ətrafında çıxış edənlər - tarix üzrə fələsəfə doktoru, dosent Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru Polad Xəlilov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Səid Əhmədi
© 2020 - Created by İLK XEBER.