“Tofiq Yaqublunun həbsdən azad edilərək, ev dustaqlığına buraxılmasını hakimiyyətin humanist davranışı kimi qiymətləndirirəm”. Bu fikirləri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov Tofiq Yaqublu ilə bağlı apelyasiya prosedurunun tezləşdirilərək həbsdən azad edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Tofiq Yaqublu həbsinə etiraz edərək, aclıq aksiyasına başladıqdan sonra səhhəti ağırlaşmışdı. Belə bir vəziyyətdə Tofiq Yaqublunun azadlığa buraxılması üçün sosial şəbəkələrdə deputatlar, ziyalılar, yazıçılar, partiya sədrləri, ictimaiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdilər. Ona görə də, Tofiq Yaqublunun Qarabağ uğrunda, torpaqlarımız uğrunda döyüşüb yaralanması nəzərə alınaraq haqqında məhkəmə qərarının dəyişdirilməsini dövlətin humanizm prinsiplərinə əsaslanan siyasətinin təzahürü, eləcə də ziyalıların, ictimaiyyətin müraciətlərinə ehtiram hesab edirəm.
© 2020 - Created by İLK XEBER.