2019/2020 mövsümünün sonunda Almaniya "Bavariya"sından ayrılan Tiaqu Alkantaranın İngiltərənin "Liverpul" komandasına keçidi rəsmiləşib. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi mersisaydlılarla uzunmüddətli müqavilə imzalayıb. "Liverpul" sözləşmənin müddətini və detallarını açıqlamasa da, yerli mətbuat 29 yaşlı oyunçu üçün Münhen təmsilçisinə 20 milyon funt sterlinq təzminat ödəniləcəyini yazıb. Futbolçunun illik gəliri isə 7 milyon funt sterlinq olacaq. Qeyd edək ki, Tiaqu Alkantara "Liverpul"un bu yay heyətinə qatdığı 2-ci futbolçudur. Klub daha əvvəl Kostas Tsimkası transfer edib.
© 2020 - Created by İLK XEBER.