Ermənistanın rəsmi dövlət ideologiyası olan “tsexakron” faşizm ideologiyasının analoqudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Milli müdafiə”( “Национальная оборона” май 2020) jurnalına müsahibəsi zamanı demişdir: “Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Qeyd etmək istərdim ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeləri tamamilə eynidir” [1] Rusiya Prezidenti Vladimir Putinin isə  9 May 2019-cu il Qələbə Paradındakı çıxışında bəhs edəcəyimiz mövzu  barədə aşağıdakı fikirləri ifadə etmişdir: “Bu gün biz bir sıra dövlətlərdə müharibə hadisələrinin şüurlu şəkildə təhrif edildiyinin, şərəf və ləyaqəti unudaraq faşistlərə qulluq edən, övladlarına utanmadan yalan söyləyən, nəsillərinə  xəyanət edənlərə necə bütlər ucaldıldığının  şahidi oluruq” [2] Qaregin Njde və onun “tsexakron”-rasizm ideologiyası 1932-ci ildə Bolqar erməniləri o dövrdə Sofiyada yaşayan Garegin Njdenii öz rəsmi nümayəndələri kimi Daşnaksütun Partiyasının XII qurultayına nümayəndə seçdilər. Bu, hadisə  Njdeni daşnak partiyasını ideoloji olaraq islah etmək üçün “tsexakron” adlı sağçı bir millətçi nəzəriyyə yaratmağa sövq etdi. Düşüncələrini formalaşdırmaq və açıq şəkildə ifadə etmək üçün Njde, Daşnak partiyasının Bolqarıstan komitəsinin başqa bir lideri Hayk Asatryan ilə birlikdə  çap etdirdiyi seriya məqalələrdə ermənilər üçün yeni “icad”  etdiyi ideoloji konsepsiyanı təbliğ etməyə başladı.  Sonradan bir neçə dəfə dəyişdirilmiş həmin konsepsiya II Dünya Müharibəsinin başlanğıcında  “tamamlanmış” səviyyəyə çatdırıldı. İlk vaxtlar bu ultra millətçi ideologiyadan hətta daşnak partiyası da ehtiyatlandı və qurultayın qərarı ilə  Njde  partiyadan qovuldu. SD və Abverin keçmiş agenti, Njdeni Üçüncü Reyxin Xarici Kəşfiyyat Xidmətinə cəlb etmiş etnik  erməni  Peter Kamsarakanın SSRİ Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı verdiyi və arxivdə saxlanılan yazılı ifadələrində  göstərilir ki, "tsexakron" sözünün rus dilinə tərcüməsi "irqçilik", millətçilik deməkdir[3]. SSRİ Daxili İşlər Naziri, general-polkovnik S.N. Kruqlovun  I.V Stalinə yazdığı 18 oktyabr 1948-ci il tarixli arayışda güstərilir ki, Njde Kamsarakanın ifadələri ilə tanış olmuş və erməni irqçilik ideologiyasının yaradıcısı olduğunu təsdiqləmişdir [ 4]. 2007-ci ildə İrəvanda SSRİ DTK-nin  hərbi əks-kəşfiyyat xidmətinin polkovniki V.M. Ovsepyanin "Garegin Njde və DTK: kəşfiyyatçınmn  xatirələri"(«Гарегин Нжде и КГБ: Воспоминания разведчика») memuarı dərc olunmuşdu. O 1952-1953-cü illərdə kapitan rütbəsində və Ermənistan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 1-ci şöbəsinin (xarici kəşfiyyat) baş əməliyyat müvəkkili vəzifəsində Njde il iş aparmışdı . Xatirələrində o, Ermənistanın Dövlət Təhlükəsizliyi Agentliklərinin Veteranlar Şurasının sədri kimi  ölkənin xüsusi xidmət orqanlarının arxivinə daxil olmag hüququndan istifadə edərək oxucuları bir sıra sənədlərlə, həmçinin  Njdeyə aid Ermənistan SSR DTN-nin 11411 nömrəli işi (1945-1947) ilə  və Njdenin partiya həmkarı Ovanes Devedjyanın istintaq pratokolları ilə də tanış edir. Hal hazırda həmin sənəd Ermənistanın milli təhlükəsizlik xidmətinin arxində saxlanılır(iş №8882) . 1923-1933-cü illərdə Devedjyan da  Sofiyada  yaşamışdı və Bolqarıstandakı daşnak komitəsinin üzvü idi. 1932-ci ildə  Njde ilə birlikdə Parisdə keçirilən daşnak partiyasının XII qurultayına o da nümayəndə seçilmişdi. Sonradan  Rumıniyaya köçmüş, İkinci Dünya Müharibəsi illərində alman kəşfiyyatında çalışdığına, görə Sovet hərbi əks-kəşfiyyatı tərəfindən tutulmuş, əməliyyat-istintaq tədbirləri aparması  üçün İrəvana köçürülmüşdü. Hətta Njde ilə eyni həbsxana kamerasında saxlanılmışdı. 28 avqust 1947-ci ildə baş verən dindirmə zamanı Devedjyan bildirir: “əgər“ tsexakron ”kəlməsini aydınlaşdırsaq, “irq qarşısında təzim” mənasını verir  ki, bu da nasizmə-hitlerizmə bərabərdir”[5,22]. Beləliklə, Njde  öz "Tsexakronu" ilə erməni reallığında  faşizmi təbliğ edirdi. İkinci Dünya Müharibəsi illərində Njde, sovet təhlükəsizlik orqanları tərəfindən yalnız Abver, SD və ya Gestaponun agenti olaraq deyil, erməni diasporunun Avropada üzdə olan nümayəndəsi, Üçüncü reyxin maraqlarına xidmət təşkil etmiş siyasi lideri kimi də axtarılırdı. 18 iyul 1943-cü ildən başlayaraq dövlət təhlükəsizlik və hərbi əks-kəşfiyyat orqanları SSRİ DTK-nin 2/6/3563 nömrəli təlimatına uyğun olaraq onu "keçmişdə fəal daşnak, Bolqarıstan ordusunun keçmiş poruçiki, Hitlerinkinə bənzər  “Erməni Nasinal Sosialist Partiyasını təşkil etmiş" və nahəyət Berlindəki Erməni Milli Komitəsinin üzvü ” kimi axtarırdılar [6]. Beləliklə, 1943-1948-ci illərdə Njdenin nasist olmasına və erməni nasist partiyasının yaradıcısı olduğuna heç kim şübhə etmirdi. Uzun müddət Bolqarıstandakı erməni diasporunun lideri olan Njde, oz ideologiyasını    təbliğ etmək üçün Sofiyada milliyyətçi “Xrovk” jurnalını, daha sonra isə “Razmig” qəzetini nəşr etdirirdi(1943-cü ilə qədər nəşrlərin redaktoru Njdenin həmfikiri və ortağı Ayk Asatryan idi. 1943-cü ildə onun  ölümündən sonra Garo Kevorkyan oldu).  1932-ci ildə bu jurnalda Njde "Tsexakron qələbənin qaranti kimi" məqaləsində öz nəzəriyyəsini açıqlamış, tsexamardın-erməni-arinin  təsvirini vermişdi. Beləliklə Njdenin  fəal jurnalist və nəşriyyat fəaliyyəti sayəsində Bolqarıstan müasir erməni millətçiliyinin doğma məkanına çevrilmişdi. O dövrdə bu məqalənin yazılması təsadüfi deyildi, daha çox Adolf  Hitlerin getdikcə məşhurlaşmasından və  siyasi yüksəlişindən Njdenin ruhlanmasının və fəaliyyət istiqamətini dəqiqiləşdirməsinin məntiqi nəticəsi idi. Njde intiutiv şəkildə anlayırdı ki, erməni diasporunun yeni ideologiyası  nəinki Almaniyada həmçinin bir sıra Avropa ölkələrində getdikcə populyarlıq qazanan nasizm ideologiyasına bənzəməlidir, ona görə də onlardan bir çox müddəaları olduğu kimi götürmüşdü. Bu yaxınlarda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun apardığı araşdırma nəticəsində ABŞ Konqresinin arxivlərində erməni daşnaklarının Hitleri və onun Holokost siyasətni dəstəklədiyi tarixi sənəd aşkar edilmişdir. Məlumata görə, 1945-ci il mayın 4-də ABŞ-ın Miçiqan ştatından olan Nümayəndələr Palatasının üzvü, konqresmen Frank Hook konqresin plenar iclasına erməni daşnaklarının Hitlerə necə dəstək verməsi, Holokostu,  irqçiliyi tərifləməsi və onlar tərəfindən ABŞ-da həyata keçirilən terror aktlarını təsdiq edən məqalə təqdim etdi. Bu məqalə ABŞ Konqresinin qeydiyyat kitabına daxil edilmiş və hökumət tərəfindən nəşr edilmişdir. Məqalədə daşnak hərəkatının yaranma tarixi şərh  edilir, qeyd olunur ki, onların əsas siyasi aləti terrordur. Sənəddə daşnakların qəti antisemit olduqları, bu mövzuda çox sayda məqalə yazdıqları və 1936-cı ildə "Hairenik" qəzetinin avqust sayında Holokostu dəstəklədikləri vurğulanır [7] Qeyd olunan sənəddə Tsexakron ideologiyasının əsasını qoyan, erməni irqçiliyini təbliğ edən və bu fikri əsasən erməni gəncləri arasında yayan, faşizmə xidmət etmiş erməni nasisti Garegin Njde haqqında da məlumat verilir. Həmçinin bildirilir ki, o Hitlerin rasizm ideyasının  öz ideologiyası üçün əsas götürmüşdür. Bundan əlavə, qeyd olunur ki, ABŞ-da hiyləgərcəsinə Azərbaycana qarşı fəaliyyət göstərən  əsas erməni lobbi qurumu   daşnak təşkilatı olan    Amerikanın Erməni Milli Komitəsidir. Bolşevizmə qarşı mübarizə zəminində qalan Daşnaksutun bu mübarizənin nüfuzunu möhkəmləndirmək və ona döyüş  ruhu vermək üçün yeganə yol olaraq faşizmi seçdi.  Bu  bədnam yolun "ardıcıllığını" təmin etmək üçün daşnak ideoloqları faşistlərin əsaslandığı “ari”çilik nəzəriyyəsinin erməni millətinə tətbiqini irəli sürdülər,  qarşıya çıxan suallara  isə daşnaksutun partiyasının Avropadakı əsas simaları  aydınlıq  gətiriridilər. Məsələn, Njde "Ermənilərin gənc nəslinə mənim sözüm" məqaləsində yazır: "... Din haraylayır - bu, erməni ruhunu yüksəldən və mənəvi orqanizmimizi yad mühitdə ölüm təhlükəsi ilə təzadlandıran yeni bir dalğadır ...". Njdein "gənc nəsillərə" "necə davranmağı Hitlerdən öyrənmək" çağırışı o zaman olduqca simptomatik idi. “Tsexakron” nəzəriyyəsi bütün erməniləri üç "həssas hissəyə" bölür: 1)tsexamard, 2)joxovurd və 3)takank. Njdenin təfsirində tsexamard, erməni millətinin ən yaxşı hissəsidir, məqsədi də Ermənistanda ermənilərin varlığını əbədiləşdirməkdir. Onlar erməni xalqının ideologiyasını daşıyıcısı və nəsillərə ötürücüsüdür, məhz onlar vətəninin şərəfini qorumaq üçün şüurlu şəkildə mübarizə aparır və özünü qurban verirlər. Njdenin anlamında, joxovurd ermənilərin qərarsız və dəyişən hissəsidir. Joxovurd, gündəlik həyatını yaşayan kütlənin təsirinə məruz qalır. Tsexamard isə əbədi idealları və hədəfləri, keçmişin xatirələri ilə, eyni zamanda gələcəyə möhkəm inamla və gündəlik mübarizələrlə yaşayır. Takank onlardan fərqli olaraq qorxaqdır, xarici düşmənin sanki bir hissəsidir, daxili düşməndir. Bir erməni kimi takank səbatsız və qürur hissi olmayan,  milli özünüdərk hissindən uzaq  olduğundan  təfəkküründə  millət və dövlət qarşısında heç bir öhdəlik daşımır, ancaq həmişə özü üçün tələb edir. Njde anlayışında Takankın milliyyəti yoxdur. Onun erməni dilində danışması, valideynlərinin ona bu dili ünsiyyət vasitəsi olaraq verməsinin nəticəsidir. Takank vətəni Ermənistan timsalında tanımır, diasporadan faydalanmağa, onların  hesabına   yaşamağa çalışır. Onun üçün ən yüksək dəyər maddi rifahdır. Buna görə, Njdeyə görə, tsexamard –passionerləri jogovurdları öz arxasınca aparmalı və takankları  isə  erməni millətinin tərkibindən qovmalıdırlar. Tsexakron nəzəriyyəsini yaradan Njde: özünü tsexamard-yəni erməni milli düşüncəsinin daşıyıcısı hesab edərək, digər ermənilərin, əsasən də  joxovurdların emosional-mənəvi və maddi münasibətlər baxımından  ona tabe olmalarını tələb edir, onun aftoritetini tanımayanları isə  takanka- yəni xalqın maraqlarına və milli ideyaya  xain çıxanlar adlandırırdı. Hitlerin nasist partiyasının proqramının əsas müdəaları Njdenin  “tsexakron” idealogiyasında Njdenin irəli sürdüyü ideoloqiyanın  nəzəri əsası Alman Milli Sosialist İşçi Partiyasının (NSDAP) 1 aprel 1920-ci il tarixində qəbul etdiyi "25 Punkt-Programı“ idi ki, Alman nasistləri onu 1926-cı ildə  "toxunulmaz" prinsiplər kimi bəyan etmişdilər. Njdə də həmin pirinsiplərin xeyli hissəsini  demək olar ki, olduğu kimi özününküləşdirmişdi. Onlardan bəziləri ilə tanış olaq:  -“Vətən kultu”, erməni millətinin təbii olaraq yarandığı, dövlət və sivilizasiya qurduğu, mədəniyyət yaratdığı torpağa sədaqət və təzim tələb edirdi. Bənzər tələb alman nasistlərinin(NSDAP) proqramının 10 və 20-ci bəndlərində yer almışdır: “Hər bir Alman vətəndaşı üçün əsas tələb  zehni və ya fiziki iş yerinə yetirməkdir. Hər bir vətəndaşın fəaliyyəti bütövlükdə cəmiyyətin maraqlarına zidd olmamalıdır. “Bütün təhsil müəssisələrinin proqramları praktik həyatın tələblərinə uyğunlaşdırılmalıdır. Uşağın şüurunun inkişafının ilk vaxtlarından məktəb məqsədyönlü şəkildə ona dövlətçilik ideyasını dərk etməyi öyrətməlidir”. -“Qan kultu” ermənilərə başqa etnosların nümayəndələri ilə evlənməyi qadağan edir.  Erməni qadınları isə fərqli millətdən olan kişilərdən uşaq dünyaya gətirə bilər, bir şərtlə ki,  uşaqların  tərbiyəsi “tsexakron”un  prinsiplərinə  uyğun olmalıdır. Njde nöqteyi-nəzərinə görə, yalnız  vətən qarşısında öz  vəzifələrini yerinə yetirən etnik erməni, Ermənistan vətəndaşı ola bilər. Qeyd etdiyimiz bu məzmun nasist partiyasının proqramının 4-cü və 6-cı bəndlərinin məzmunu ilə eynidir: "Almaniya vətəndaşı, dini mənsubiyyətindən asılı olmayaraq damarlarında Alman qanı axan, Alman millətinə mənsub şəxs ola bilər"; "Qanunvericiliklə və dövlət idarəedilməsi ilə  bağlı vəzifələri tutmaq hüququ istisnasız olaraq  yalnız vətəndaşlara məxsusdur". -“Dil kultu”  ermənilərdən bir-biri ilə yalnız erməni dilində danışmağı tələb edir, ləhcələrin tədricən aradan qaldırılmasını və erməni ədəbi dilinin formalaşdırılmasını  irəli sürür. -Erməni milləti üçün “özlərini fəda edənlər kultu”, həlak olmuş tsexamardları erməni-qriqorian inancının  qaydalarına uyğun olaraq  Erməni Apostol Kilsəsinin (EAK)  müqəddəsləri   elan edir və onların xatirəsinə  xalq və kilsə ibadətləri təşkil olunmasını tələb edir. Bunun üçün EAK Vardanank adlanan xüsusi bir kilsə  bayramı da təsis etmişdir. Bu bayram Pasxa bayramından səkkiz həftə əvvəl, fevralın ortalarında  guya Avarayr döyüşündə ölənlərin xatirəsinə həsr olunur (əslində isə bu döyüş  təxminən  26 may və ya 2 iyun 451-ci ildə baş vermişdir). Həmən gün Erməni düşmənlərinin əlində ölənlərin hamısı EAK-ın müqəddəs şəhidləri kimi xatırlanır. Bu da onu  qan kultu ilə çulğalaşdıraraq ictimai mentallıqda əhəmiyyətini artırır. -“Nəsil kultu” erməni millətinin əvvəlki və sonrakı nəsilləri arasındakı mənəvi əlaqəni kəsməyi ən böyük pislik  elan edir.   Tsexamard və joxovurdlardan klassik tarix elminin qanunlarına uyğun gəlməsə belə rəsmi milli tarixi bilmələri tələb olunur. Bu kult, ermənilərin təfəkkürünün guya  "ermənilərin ulu babası"nın  Ayka Naapeta(guya nuh peyğəmbərin nəvəsi)olması cəfəngiyyatı ilə yüklənməsi məqsədi daşıyır.  Bu da öz növbəsində bütün mövcud xalqlar arasında ermənilərin “birinciliyi” ideyasına gətirib çıxarır. -Njdenin  “güc kultu” ermənilərdən fəal fiziki inkişaf,  daimi fiziki gücün məşqlərlə artırılmasın tələb edirdi.   Njde nəzəriyyəsinə görə həyat güclü ruha, güclü ağıla və güclü bədənə malik olanlara  yol açır.  Ədalətli olanlar yox, güclülər qalib gəlir.   Bu kült nasist partiyasının  proqramının 21-ci bəndinin demək olar ki, olduğu kimi köçürülməsidir. Njdenin nəzəriyyəsinin alman faşist ideologiyasının təsirində olmasının  nəticəsidir ki, 30-cu illərdə ermənilər arasında neobütpərəstlik yayılmağa başlayır. Belə ki, güya qədim erməni tanrısı olan  “Vaagn” ibatət obyekti kimi seçilir. Bu hadisənin özü  də erməni məkrliyinin bariz nümunəsi, tsexakron ideologiyasının faşist ideologiyasının anoloqu olmasının təsdiqidir.   Belə ki, həmin dövrdə alman nasistləri arasında qədim alman tanrısı hesab edilən və SS-çilərin himayədarı sayılan “Votan”a pərəstiş və ibadət geniş vüsət almışdı. Faşist təbliğatı bu ideyanı Hitlerin öz karyerasının ilkin çağlarında  təsiri altında olduğu Avstriya filoloqu və filosofu Qvida fon Listdən götürmüşdü. O hesab edirdi ki, votanizm bütpərəstliyi qədim alman din formasıdır. -“Lider”  kultu, yalnız erməni millətinin maraqlarına subyektiv baxışı ilə fərqlənən,  tsexamardlar sırasından olan  “sparapet”ə-bütün ermənilərin ali rəhbərinə və ya furerinə hörmət və qeyd-şərtsiz tabe olmağı tələb edirdi.  Njde təbii ki, bütün dünya ermənilərinin sparapeti statusunda  özünü görürdü.  Nasist Almaniyasında bu təcrübə 9 Avqust 1934-cü ildə, Hitlerin öz şəxsində iki ən ali vəzifəni - Reyxs prezidenti və Reyxs Kansleri birləşdirməsində ifadə olundu. "Bir xalq, bir imperiya, bir Furer"(EinVolk, EinReich, EinFöhrer) şüarı şəklində "Furer prinsipi"(Föhrer-prinzip)  meydana gəldi. Alman nazizmi və Erməni nasizmi ideologiyalarını məntiqi baxımdan müqayisə etdikdə, onların arasında fərqlərin az, ümumiliyin  isə daha çox olduğunu görürük.  Adolf Hitlerin "Alman millətinin ariliyi " nəzəriyyəsindən bütün ideoloji cəhətləri sərf-nəzər  etsək üç əməli müddəa meydana çıxır: 1) bürokratiyanın bütün inzibati və biznesin bütün maliyyə və kommersiya fəaliyyətinin partiyanın və fürerin müəyyən etdiyi siyasi problemlərin həllinə yönəldildiyi  bir partiya dövlətinin  qurulması; 2) Alman millətinin hökmranlığı  üçün yaşayış məkanlarının  fəth edilməsi; 3) "Yəhudi məsələsinin" həlli. Ermənistanın Respublikaçılar Partiyasının ideologiyasını Njdenin tsexakron nəzəriyyəsi kontekstində təhlil etdikdə “hədəflər üçlüyü”nün  də oxşarlığının  şahidi olarıq: 1)Ermənistanda partiya dövləti qurmaq, bütün əsas vəzifələri ERP nümayəndələrinə və ya Njdenin ardıcıllarına vermək; 2) qonşu ölkələrin - Türkiyə, Gürcüstan və Azərbaycanın torpaqlarını işğal etməklə erməni milləti üçün yaşayış məkanları fəth etmək; 3) "Türk məsələsi"nin həlli, yəni Cənubi Qafqazın digər türk-müsəlman xalqlarının nümayəndələrinin Ermənistan ərazisindən tamamilə qovulması. Göründüyü kimi, alman faşizmi və erməni nasizmi nəzəriyyələrində əsas fərq yalnız bir məsələdə idi- kimin bir nömrəli düşmən hesab edilməsində.  Digər məsələlərdə  onlar arasında ən yüksək uyğunluq göz qabağındadır. Yuxarıda qeyd etdiyimiz planların həryata keçirilməsi  baxımından isə alman faşistləri ilə erməni nasistləri arasında bir neçə fərq vardır. Hitler və onun tərəfdarları əvvəlcə altı il partiya dövlətlərini  qurdular və dünya hökmranlığı uğrunda müharibəyə başladılar, sonra da tam hərbi-siyasi məğlubiyyətə qədər altı il vuruşdular. Erməni millətçiləri isə Sovet İttifaqının dağılmasından istifadə edərək ermənilər üçün yeni    yaşayış məkanları əldə etmək  üçün 1988-1994-cü illərdə müharibəyə başlamış havadarlarının köməyi ilə  1 milyonadək etnik azərbaycanlını Qərbi Azərbaycandan(Ermənistandan) və Azərbaycanın işğal olunmuş digər ərazilərindən qovmuş və bundan sonra da partiya dövləti qurmağa başlamışlar. Ermənistanda 1999-cu ilin noyabrında baş vermiş çevriliş nəticəsində hakimiyyətə Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz silahlı dəstələrinin komandirlərindən ibarət bir “xunta”  qəldi. Bu hakimiyyətə  keçmiş Azərbaycan vətəndaşları Robert Köçəryan və Serj Sarkisyan rəhbərlik edirdi. Ermənistan Respublikaçılar  Partiyası  onların ambisiyalarını həyata keçirmək  üçün siyasi vasitə oldu. Onlar 18 illik hakimiyyətlıri ərzində ölkədə Ermənistan Respublikaçılar Partiyasının siyasi diktaturasını qura bildilər - bütün digər partiyalar və birliklər yalnız dekorativ və kosmetik rol oynayırdılar. Faşist Almaniyasındakı Nasist Partiyası kimi, Ermənistanın hakim partiyası da Könüllülər Birliyinin (erkrap) şəxsində öz mühafizə dəstələrinə malik idi. Onun üzvləri yalnız Qarabağdakı hərbi əməliyyatların veteranları və ya "Artsax Müdafiə Ordusu" adı ilə tanınan işğal altındakı Azərbaycan torpaqlarında Ermənistan Silahlı Qüvvələrinin işğal korpuslarının istefada olan əsgərləri ola bilərdi.  “Könüllülər  Birliyi” adlanan, mövcudluğu, fəaliyyəti, fərqli hərbi nişanı və  əmlakı ilə bağlı ayrıca bir hüquqi tənzimlənməsi olan yarımhərbi qurum Ermənistan silahlı qüvvələrinə inteqrasiya edilmişdir. Bu da Almaniyada nasist rejiminin formalaşması zamanı SA və SS  bölmələrinin analoqu idi. Könüllülər Birliyinin (erkrap) strukturlarının üzərinə aşağıdakı vəzifələr qoyulmuşdu: təbliğat, çağırışöncəsi və çağırışdan sonra gənclərin hazırlığı, müharibə və fövqəladə vəziyyətlərdə mülki əhalinin əmək fəaliyyətinin təşkili və s. Bunların hamısı Nasist Almaniyasında 1934-cü il yenidənqurmasından sonra  SA və SS birləşmələrində olduğu kimi idi. Müasir erməni millətçiləri, Alman faşistlərindən fərqli olaraq, SSRİ dağılandan sonra nəzarətləri altındakı ərazilərdə, o cümlədən Azərbaycanın işğal olunmuş bölgələrində, Hitlerizm ideyalarına bənzər olan Njdenin  “tsexakron”  nəzəriyyəsinin demək olar ki, bütün postulatlarını reallaşdıra biliblər. Əslində Ermənistandan yerli azərbaycanlıların köçürülməsi və qarabağ müharibəsinin başlanmasının kökü də tsexakron ideologiyasının hədəflərindən biri idi. Beynəlxalq terrorçu, ABŞ-dan olan, Berkli Universitetinin (Kaliforniya) məzunu, Livandakı vətəndaş müharibəsinin iştirakçısı (1975-1990), transmilli erməni terror qruplaşması ASALA-nın ikinci şəxsi və onu ASALA-RM-yə çevirən Monte Melkonyanın öz qruplaşmaları ilə birlikdə 1989-cu ildə Cənubi Qafqazda ikinci müstəqil erməni dövlətinin yaradılması üçün Dağlıq Qarabağda  müharibəyə başlamaq üçün Ermənistana gəlməsi də Garegin Njde ideologiyasının həyata keçirilməsi ilə bağlı idi. Yeri gəlmişkən, Rusiyadakı erməni diasporu Monte Melkonyanı müasir  Ermənistanın əsas milli qəhrəmanı hesab edir. Lakin, erməni ictimaiyyətinin əksəriyyətinin şüurunda Melkonyan iki səbəbə görə məşhurlaşa bilmədi: birincisi, 1992-ci ilin yayında onun "Arabo" adlandırdığı dəstə Azərbaycan ordusu tərəfindən tamamilə məhv edildi; ikincisi, bundan bir qədər əvvəl, özü kəşfiyyat zamanı öldürüldü və əlbəyaxa  döyüş zamanı başı kəsildi. Ona görədə rəsmi İrəvan Garegin Njdeni  milli qəhrəman səviyyəsinə qaldırmağı qərara   aldı. Və bu proses 2000-ci ildə Andranik Marqaryanın Njdenin tsexakron  nəzəriyyəsinə uyğun olaraq qurulan Ermənistan Respublikaçılar Partiyasının təşkilatçısı və ilk lideri kimi baş nazir təyin edildiyi zaman başladı.   29 oktyabr 1999-cu ildə Ermənistanın parlament binasında baş verən terror hadisəsindən sonra  proses daha da sürətləndi. Prezident Ter-Petrosyan Ermənistandakı daxili siyasi proseslərə təsirini itirdi və Ermənistan-Azərbaycan danışıqları dayandırıldı. Əsasən Sovet İttifaqı vaxtı Azərbaycan Respublikasının yerli sakinlərindən ibarət olan Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz silahlı dəstələrinin səhra komandirlərinin hərbi xuntası Ermənistan hakimiyyətini qəsb etdi.  Onlar Ermənistanda nüfuzlarını  artırmaq üçün Garegin Njdeni qəhrəmanlaşdırmaq qərarına gəldilər. Son otuz il ərzində belə bir siyasətin şüurlu və sistemli şəkildə həyata keçirilməsinin nəticəsində  Ermənistan monoetnik dövlətə çevrilməsidir. Əhalisinin tərkibində milli azlıqların etnik icmaları 1% -dən çox deyil. Azərbaycanlılar Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulduqdan sonra  yəhudilər və ruslar ölkəni tərk etdilər. Hal-hazırda Ermənistanın yəhudi icması 100 nəfərdən çox deyil, ruslar isə 5 min nəfərdir ki, onların da nümayəndələrinin əksəriyyəti qarışıq nikahdadırlar. Bütün bunlar rus dilində tədris edən ümumtəhsil məktəblərinin və Azərbaycan dilində tədris edən bütün məktəblərin bağlanmasına səbəb olmuşdur. Ana dilində təhsilin mümkünsüzlüyü üzündən  digər milli azlıqların - Aysor və Yezidi Kürdlərin nümayəndələrinin asimliyasiyası  və ya erməniləşməsi baş verir.  Rəsmi orqanlar tərəfindən bu siyasətin həyata keçirilməsi Avropa Şurasının 1995-ci il 1 fevral tarixli “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyasına“ tamamilə ziddir. Ermənistanın 25 iyul 1997-ci ildə imzaladığı və 20 iyul 1998-ci ildə ratifikasiya etdiyi Çərçivə Konvensiyası 1998-ci il noyabrın 1-də ölkə ərazisində qüvvəyə minmişdir. Ancaq qeyd etdiyimiz kimi, Ermənistan hökumətinin yürütdüyü siyasət bu sənədin  aşağıdakı müddəalarına tam əksdir: 4) ayrıseçkiliyin qadağan edilməsi, 5)assimilyasiyanın qadağan edilməsi, 11)ictimai yerlərdə və şəxsi tədbirlərdə  azlıqların öz dillərindən istifadəsi, 16)əhalinin sosial strrukturunun dəyişdirilməsinə yönəlmiş fəliyyətdən  imtina, 17)transsərhəd əlaqə və 18)transsərhəd əməkdaşlıq. Müasir Ermənistanın praktiki  olaraq, tam monomilli olması faktı Ermənistan Xarici İşlər Nazirinin müavini Aşot Havakimyan tərəfindən 25-28 aprel 2017-ci il tarixində BMT Baş Assambleyasının Üçüncü Komitəsində dinləmələr zamanı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyaya əsasən beynəlxalq öhdəliklərin icrası barədə hesabat müzakirə edilərkən təsdiq edilmişdir.  O SSRİ-nin dağılması ərəfəsində yarım milyondan çox azərbaycanlının  yaşadığı bir ölkədə indi bir dənə də olsun etnik azərbaycanlının olmaması faktını dana bilməmişdir. Beləliklə, nazir müavini, əslində, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2003-cü il tarixində keçirilən 1-ci sessiyasında verdiyi Njdenin tsexakron  nəzəriyyəsindəki ”ermənilərin və azərbaycanlıların genetik uyğunsuzluğu” tezisi ruhunda olan açıqlamasını tam təsdiqlədi. Erməni nasizminin öz ideologiyasının praktik həyata keçirilməsinin bəzi məsələlərində Alman Nazizmindən üstün olduğunu sübut edən daha bir cəhət vardır. Belə ki, nasistlər özləri üçün “həyat məkanları” zəbt edəndən sonra həmin yerlərdəki bütün coğrafi obyektlərin adını dəyişdirməyi, tamamilə Almanlaşdırılmasını planlaşdırsalar da  həyata keçirə bilmədilər.  Ermənistanın işğal etdiyi ərazilərdə isə bu artıq həyata keçirilmiş faktdır. Belə ki, qəsb olunmuş əazilərin bütün toponimlər və hidronimlərinə erməni dilində yeni adlar verilir. Üstəlik bu adlar indiyə qədər tarixən mövcud olan ənənəvi adların erməni dilinə tərcüməsi nəticəsində deyil, YUNESKO-nun prinsiplərinə tam zidd  olaraq  ərazinin ermənilərdən əvvəlki tarixi ilə heç bir əlaqəsi olmayan, yeni toponim və hidronim yaratmaqla dəyişmişlər. Yuxarıdakı faktlar inandırıcı şəkildə göstərir ki, erməni hakimiyyəti nasist cinayətkarı Njdeini tərifləmək və onun irqçi ideologiyasını təbliğ etməklə, BMT Baş Assambleyasının 2106  nömrəli qətnaməsi ilə qəbul edilmiş irqi ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanın 21 dekabr 1965-ci il tarixli 4 və 7-ci maddələrinin müddəalarını şüurlu və ardıcıl olaraq pozur.  Bu beynəlxalq hüquqi aktın preambulasında ifadə olunan baza  prinsipində göstərilir: “irqi fərqlərə əsaslanan hər hansı bir üstünlük nəzəriyyəsi elmi baxımdan  yalandır, mənəvi baxımdam  dözülməzdir və sosial baxımdan isə - ədalətsiz və təhlükəlidir. İrqi ayrı-seçkilik üçün nə nəzəriyyədə, nə də praktikada heç bir səbəb ola bilməz”. Onlar həmçinin qeyd etdiyimiz Konvensiyanın 4-cü maddəsinin tələblərini də  pozurlar. Orad göstərilir: "Tərəflər  müəyyən bir irqin üstünlüyü və ya hər hansı  bir qrup şəxsin dəri rənginə və ya etnik mənşəyinə görə  üstünlüyü nəzəriyyə və ideyalarına  əsaslanan və ya irqi nifrət və ayrı-seçkilik yaradan  hər bir təbliğatı və təşkilatı pisləyir. Hər hansı bir formada olan diskriminasiya hallarının....,  hər cür ayrı-seçkiliyin və ayrı-seçkilik aktlarına hər hansı bir təhrikin dərhal aradan qaldırılmasına yönəldilmiş  tədbirlər görməyi öhdəsinə götürür”. Həmin konvensiyanın  c bəndində açıq-aydın göstərilir ki,  “milli və  yerli dövlət hakimiyyəti orqanlarına, dövlət qurumlarına   irqi ayrı-seçkiliyi təşviq etməyə və ya təhrik etməyə icazə verilmir”. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın 7-ci maddəsinə uyğun olaraq, "iştirakçı dövlətlər irqi ayrı-seçkiliyə səbəb olan bütün hallarla  mübarizə aparmağı, qarşılıqlı anlaşmanı, xüsusən də tədris, təhsil, mədəniyyət və informasiya sahələrində bu istiqamətdə təcili və təsirli tədbirlər görməyi, millətlər, irqlər və etnik qruplar arasında dostluq, qarşılıqlı anlaşma və tolerantlığı təşviq etməyi öhdələrinə götürürlər. Bu konvensiyaya görə  həmçinin tərəflər  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-  seçkiliyin bütün formalarının ləğvi haqqında Bəyannaməsinin və bu Konvensiyanın məqsəd və prinsiplərinin təbliğ edilməsinə də məsuldurlar”. Fikrimizcə  Ermənistanda faşist cinayətkarı, qatı irqçi və millətçi  Njdenin məqsədli şəkildə  qəhrəman kimi təqdim edilməsinə hüquqi qiymət yuxarıda qeyd etdiyim hüquqi aktlarla yanaşı, Nyürnberq hərbi  məhkəməsinin yekun qərarı və BMT-nin qəbul etdiyi  aşağıdakı bəyyannəmələr əsasında verilməlidir: -İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT-nin bəyannəməsi (Durban, Cənubi Afrika, 31aqust – 8 sentiyabr 2001-ci il); -BMT-nin Ali Şurasının 2014-cü ilin dekabrında qəbulı etdiyi 69/160 “İrqiçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı digər dözümsüzlük hallarının baş verməsinə şərait yaradan nasizmin və neonasizmin qəhrəmanlaşdırılması praktikasına qarşı mübarizə” haqqında bəyannəmə; -BMT-nin Ali Şurasının 2013-cü ilin 18 dekabrında qəbul etdiyi 69/150 “İrqiçiliyin müasir formalarının, irqi   ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı digər dözümsüzlük hallarının baş verməsinə şərait yaradan nasizmin və  digər praktika növlərinin qəhrəmanlaşdırılmasına  qarşı mübarizə” haqqında bəyannəmə; -BMT-nin Ali Şurasının 2012-cü ilin 20 dekabrında qəbul etdiyi 67/154 “Nasizmin qəhrəmanlaşdırılması: irqiçiliyin müasir formalarının, irqi   ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı digər dözümsüzlük hallarının baş verməsinə şərait yaradan  praktika hallarının  yolverilməzliyi haqqında”  bəyannəmə; -2018-ci ilin 25 oktyabrında  Avropa parlamenti tərəfindən qəbul edilən   "Avropadakı neonasist  təcavüzkarlığın artması"  haqqında bəyannamənin 8,28,30 və 31 bəndləri(Resolutionontheriseofneo-fascistviolencein Europe, 2018/2869, RSP). Bütün qeyd edilənlər kontekstində Ermənistan sankı dünyaya meydan oxuyur. Belə ki, 2000-ci ildən 2018-ci ilə qədər Ermənistanı idarə edən Respublika  partiyası isə  2004-cü ildə Njdenin “tsexakron” nəzəriyyəsini partiyanın nəzəriyyəsi, 2016-cı ildə isə onu Ermənistanın rəsmi dövlət ideologiyası elan etmişdir. Belə bir müharibə canisinə, faşizm əlaltısına  2001-ci ildə Ermənistan Mərkəzi Bank tərəfindən  100 dram nominallında  xatirə gümüş sikkəsi buraxılması, Ermənistan Müdafiə Nazirinin əmri ilə ölkənin silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının zabit heyətinin  təltif olunması üçün Ermənistan Respublikasının qanunu ilə Garegin Njde medalının  təsis edilməsi, 24 Avqust 2003-cü ildə Kafanda,   28 Avqust 2016-cı il tarixində isə  İrəvanın mərkəzi meydanında- Ermənistan Hökumət Evinin binası qarşısında Njdeyə   abidə ucaldılması Böyük Vətən Müharibəsi illərində dünyanı faşizmdən azad  etmək üçün  həyatlarını qurban vermiş insanların xatirəsinə təhqir deyilmi? Bu irqçi,  fasizmə xidmət etmis səxs  nəinki öz ölkəsində qəhrəmanlaşdırılır hətta bu tendensiya Ermənistanın sərhədlərini də aşır.  Belə ki, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar şəhərində ona memorial  lövhənin asılmasına  yol verilməsi ən azı təəssüf doğurur. 1-8 may 2018-ci il tarixli çevriliş nəticəsində siyasi rejimin dəyişməsindən sonra hakimiyyətə gələn Paşinyan hökuməti nəinki bu xətdən geri çəkilmədi əksinə daha da rəvac verməkdədir. Ermənistan hakimiyyəti, tam şüurlu və  məqsədyönlü şəkildə  faşist ideoloqiyası olan “tsexakron”u nəinki Ermənistanın daxilində, həmçinin  bütün dünya errmənilərinin  milli ideologiyası kimi təbliğ və təşviq edən siyasi kurs götürmüşdür.  Erməni diasporunun  beynəlxalq aləmdə nasistliyin tərənnümünə qarşı “olmaları”  görüntüsü yaratmaq  səylərinin arxasında nəzarətlərində olan ərazilərdə-işğal olunmuş bölgələrimizdə də nasizm və neonasizmi yaymaqla məşğuldur. Hesab edirəm ki, Njdenin “tsexakron”-rasizm nəzəriyyəsinin müasir Ermənistanın rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılması bəsəriyyətin bu günü və gələcəyi üçün  böyük təhlükədir. Beynəlxalq ictimaiyyat tərəfindən qaşısı qətiyyətlə  alınmalıdır. İstifadə olunmuş ədəbiyyat: 1.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına   müsahibəsi  https://president.az/articles/38065 2.Rusiya Prezidenti Vladimir Putinin 9 May 2019-cu il Qələbə Paradındakı çıxışından. http://kremlin.ru/events/president/news/60490 3.ГАРФ. – ф. 9401 сч, оп. 2,д. 234. – л. 210-228.
  1. Кузнецов О.Ю. Государственная политика героизациинацизма в Армении: политико-правовой и историко-философ -ский анализ– Баку: Сабах, 2019. стр. 61
5.Овсепян В.М. Гарегин Нжде и КГБ: Воспоминания разведчика. Ереван-2007–с. 22. 6.Архив СГБ АР. – д. АД-705. – л. 128 об, 175-175 об. 7.drive.google.com/file/d/15pLVHUHWplhgitOCu9l7p0lkMDL56epx/view) 8.Сборник справочных материалов об органах германской разведки, действовавших против СССР в годы Великой Отечественной войны 1941-1945 годов. – М.: МГБ СССР, 1952. – с. 58, 71-75;
  1. Чуев С.Г. Спецслужбы Третьего рейха: в 2-х кн. – СПб.: Нева, М.: ОЛМА-ПРЕСС Образование, 2003. – Кн. 1. – с. 62, 66-68;
  Əyyub Kərimov, Azərbaycan Texniki Universitetinin professoru kerimoveyyub@mail.ru