Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində dəyişiklik olub. Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyev özünün feysbuk səhifəsində məlumat paylaşıb.
A.Əliyev həmin məlumatda qeyd edir ki, sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirilib. İdarə heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilib. Milli Məclisin sədr müavini Orxan Əliyevin federasiyanın əvvəlki uğurlarını davam etdirəcəyinə və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacağına inandığını bildirib.
"Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm..." - deyə A.Əliyev qeyd edib.