Partiya sədri: “Prezidentə müraciət edərək Tofiq Yaqublunun əfv olunmasını xahiş edirəm”

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli də Azəebaycan Respublikasının Prezident İlham Əliyevə müraciət edərək Tofiq Yaqublunun əfv olunmasını xahiş edib. Bu barədə Q.Əlibəyli özü ilkxeber.org saytına açıqlamasında bildirib. Partiya sədrinin açıqlamasında deylir ki, Tofiq Yaqublunun əfv olunması barədə deputat Qüdrət Həsənquliyevin  Azərbaycan Respublikasının Prezidentinə müraciətini bəyənir və dəstəkləyir.  “Mən də öz adımdan Prezidentə müraciət edərək Tofiq Yaqublunun əfv olunmasını xahiş edirəm. Hesab edirəm ki, Tofiq bəyin Qarabağ uğrunda, torpaqlarımız uğrunda işğalçılarla döyüşüb yaralanması onun əfv olunması və barəsində tətbiq olunan cəzadan azad edilməsi üçün yetərli əsasdır” - deyə sabiq deputat qeyd edib. Q.Əlibəyli onu da əlavə edib ki, məhkəmə hökmünün necəliyindən asılı olmayaraq, cəzaya məhkum olunmuş şəxslərin əfv olunması humanist addımdır və Tofiq bəy barəsində dövlət başçısının belə bir humanist qərarı təqdirəlayiq olardı.