Sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa buraxılıb. “Report” xəbər verir ki, bu gün həmin şəxslərin inzibati həbs cəzasının vaxtı başa çatıb və azadlığa çıxıblar. Jurnalistlərə açıqlama verən İ.Əliyev əməlinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan üzr istəyib. Hisslərini cilovlaya bilməyən keçmiş deputat kövrəlib. Qeyd edək ki, İ.Əliyev Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy edib. Avqustun 22-də o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub. İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. https://www.youtube.com/watch?v=EhdAVQYL8lU&feature=emb_logo
© 2020 - Created by İLK XEBER.