İnsan Hüquqları Komitəsi QHT-lərlə video-konfrans keçirib - Fotolar

04 sentyabr 2020-ci il tarixində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun təşəbbüsü ilə Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə video-konfrans formatında görüş keçirilib.
 
Konfransın mövzusunu “Azərbaycanda İnsan Hüquqlarının vəziyyəti: hüquqi-normativ aktların təkmilləşdirilməsi yönündə dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri” təşkil edib.
 
Konfransın gündəliyində ilkin olaraq – “Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət, aktual məsələlər”; “İnsan hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi yönündə  fəaliyyətin yeni  mərhələsi: təkliflər, tövsiyyələr, mövqelər”; “İnsan hüquqlarının müdafiəsi ilə bağlı  yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın, birgə layihələrin əsas  istiqamətləri”- və s.aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.
 
Videokonfransda  insan hüquqları sahəsində  QHT-nın təmsilçiləri:
 
Sahib Məmmədov-“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri, Rauf Zeyni, “Azərbaycan-Milli QHT Forumu”nun sədri, Əliməmməd Nuriyev-“Konstitusiya Araşdırmaları Fondu”nun sədri,  Davud Rəhimli-“Əlil Təşkilatları İttifaqı”nın sədri, Səbinə Ələkbərova”Gənc Liderlər” Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin sədri, Vüsalə Hüseynli – “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri, Mirvari Qəhrəmanlı – “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri, Əvəz Həsənov-“Humanitar Tədqiqatlar İctimai Birliyi”nin sədri, Umud Mirzəyev-“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri, Novella Cəfərova-“D. Əliyeva adına Azərbaycan Qadınların Hüquqlarının Müdafiə Cəmiyyəti”nin sədri, Şəhla İsmayıl-“Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti”nin sədri, Niyaməddin Orduxanov-“Bələdiyyələrin İnkşafına Yardım İctimai Birliyi”nin sədri, hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli, Sahib Fərzəliyev-“ Potensial Sumqayıt Mütəxəssislər Birliyi”nin sədri, Zenfira Mustafayeva-“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” birliyinin sədri, Əhməd Abbasbəyli- “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, Səidə Qocamanli – “İnsan haqları və qanunçuluğun müdafiəsi bürosu”nun sədri, Səadət Bənənyarli – “Beynəlxalq Insan  Huquqları Cəmiyyəti”nin sədri, Aynur Camalqızı-“Azərbaycan Milli Qadın Konsensus Mərkəzi”, Məleykə Əlizadə-“Gəncə Regional Qadın Mərkəzi”nin sədri, Yeganə Hacıyeva, “Gənc Demokratlar İnstitutu” İctimai Birliyinin sədri, Aqil Camal, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, Ramil Iskəndərli, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Kəmalə Aşumova-“Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri,  professor Mayis Əliyev-“Sosial Hüquqların Araşdırılması İctimai Birliyi”nin sədri, Rəfail Becanov-“İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi;  Ayaz Məmmədov- “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri, Gülayə Səfərova-“Ailə DünyasıAilələrə Hüquqi Yardım İctimai Birliyi”nin sədri, Şəmsəddin Əliyev “Polisə dəstək” İctimai Birliyinin sədri, Qalib Nəbiyev-“ Qəbələ Regional QHT-nin Resurs və Təlim Mərkəzinin direktoru”, İradə Yaqubova-“ELS Müstəqil araşdırmalar Mərkəzi” İnkişaf Birliyinin sədri– iştirak ediblər.
 
 
Videokonfransı açıq elan edən Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc  giriş nitqində  konfrans iştirakçılarını salamlayaraq, bu görüşü vacib edən amillər haqda məlumat verib.
 
O,bildirib ki, son illərdə ölkədə dövlət başçısı president İlham Əliyev tərəfindən həyata keçirilən inqilabi islahatlar Azərbaycanın ictimai-siyasi sistemində daha intensiv və sürətli templərlə davam etdirilir. Bu islahatların ayrılmaz tərkib hissəsi kimi  yeni parlamentin formalaşması, İnsan haqları Komitəsinin fəaliyyətində yeni mərhələ və yanaşmaların ortaya qoyulmasına sosial sifariş yaradıb. Bu aspektdə İnsan haqları komitəsinin Vətəndaş Cəmiyyəti (VC) ilə qarşılıqlı müzakirələrə və davamlı dialoqun aparması günün tələbi və aktual vəzifələrdən biridir. Müzakirə mövzusu ola biləcək məsələlər isə olduqca coxdur.
 
Komitə sədri Zahid Oruc görüşü vacib edən, son illərdə yığılıb qalan həlli vacib məsələlərin bəzilərini diqqətə çatdıraraq aşağıdakıları qeyd edib:
 
Ölkəmizdə demokratik-hüquqi dövlət quruculuğunun təkmilləşməsi, insan hüquqlarının(İH) qorunması sahəsində  qanunvericiliyin təkmilləşdirilməsində  Prezidentin- mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın təmin edilməsində, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlarını həyata keçirilməsində,  İH sahəsindəVətəndaş Cəmiyyəti  institutlarının fəaliyyətinin sıx koordinasıyasını təşkil edə bilən platformaların təsis edilməsində, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı  müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsində, insan hüquqları sahəsində beynəlxalq  qurumların  obyektiv və subyektiv  dəyərləndirilmələrinə münasibət,müvafiq hesabat və mövqelərinqarşılıqlı müzakirəsində və s. çoxşaxəli sahələrdə VC-nin təşəbbüskarlığı və fəallığına olduqca böyük ehtiyac duyulur.
 
Sadalanan və s. sahələrdə   birgə  fəaliyyətin təşkili və ortaya əməli nəticələrin qoyulması qarşımızda duran ümumi vəzifələrdəndir.  Vətəndaş cəmiyyəti-ölkənmiz in inkişafında hakimiyyət və  arasında  sıx dialoq və əməkdaşlığın alternativi olmayan-aparıcı halqasıdır.
 
Zahid Oruc açılış nitqində Prezident İlham Əliyevin  dəfələrlə öz çıxışlarında-vətəndaş cəmiyyətinin fəallığını, həyata keçirilən islahatların müsbət nəticələr verməsi yönündə olduqca böyük önəm verdiyini vurğulayıb.
 
Sonra videokonfransın mövzuları ətrafında  müzakirələr başlayıb.
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova – qadın və uşaqların hüquqlarının qorunması zamanı üzləşdikləri problemlər; yerli icra hakimiyyəti orqanlarının lazımi prosedurları yerinə yetirməsinin gecikdirilməsi; dövlət qəyyumluq orqanları tərəfindən insan hüquqlarının pozulması; qanunlara nəzarət mexanizminin vacibliyindən bəhs edərək,İnsan haqları komitəsinin  “Azərbaycanda sosial hüquqlarla bağlı  əlavə görüşün keçirilməsi”nin çox vacib  olduğunu bildirib.
 
“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev – ölkəmizdə məhkəmələrin müstəqilliyi; vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şəraitin yaradılmasından; QHT-lərin öz  fəaliyyətləri-xüsusən də qeydiyyat prosedurları zamanı üzləşdikləri məhdudiyyətlərdən; QHT-lərə gərəkli maliyyə dəstəyinin göstərilməsi və s.kimi məsələlərdən bəhs edib.
 
“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Rəfail Becanov – insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin azlığını; bu profilli təşkilatların qeydiyyatla üzləşdikləri problemləri; müxtəlif təşkilatların, qurumların yanaşmalarında insan hüquqları pozuntularına yol vermələrini; fəaliyyətlərinə basqıların çox olduğu səbəbindən bu sıradan olan QHT-lərə etimadın zəif olması; məhkəmə-hüquq sistemindəki problemlərdən bəhs edərək QHT-lər və Milli Məclisin İnsan Hüquqları Komitəsinin birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.
 
“Ailə Dünyası Ailələrə Hüquqi Yardım” İctimai Birliyinin sədri Gülayə Səfərova – aztəminatlı ailələrin üzləşdiyi ödənişli təhsil haqqı problemi; fundamental insan hüquqlarından olan təhsil hüququnun vacibliyindən bəhs edib.
 
Konfransda çıxış edən tanınmış hüquqşünas,media hüququ sahəsində ekspert Ələsgər Məmmədli – məhkəmə-hüquq sisteminin problemləri; qanunvericilikdə mövcud olan problemlər-koordinasiyanın olmaması; parlament yanında Qanunvericilik İnstitutunun formalaşması – işçi qruplarının yaradılması; mövcud qanunvericiliyin monitorinqi; qanunlar hazırlandığı zaman mürəxəssislərin fikrinin alınması kimi məsələlərin vacibliyindən bəhs edib.
 
“Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev – insan Hüquqları komitəsinin yanında insan hüquqlarının pozulması sahəsində, qanun pozuntusunun dərhal yerində araşdırılması üçün  problemlərə operativ reaksiya verəcək və əməli həll edə biləcək “Çevik qrupun” yaradılmasını tklif edərək,   bölgələrdə QHT-lərin fəaliyyətlərini yerinə yetirməsi zamanı üzləşdikləri problemlərdən bəhs edib.
 
“Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti”nin sədri Şəhla İsmayıl – hökümətin QHT-lərə münasibəti; vətəndaş cəmiyyətinin dayanıqlılıq indeksində regionda və bölgədə Azərbaycanən ən son sıralarda yer alaraq geriləməsinə diqqəti cəlb edərək bu vəziyyətin aradan qaldırılmasından; son 6 ildə vətəndaş cəmiyyətinin üzləşdiyi çətin problemlərdən; qanunvericilikdə vətəndaş cəmiyyətinin formaşdırılması üçün təkmilləşməyə ehtiyac olmasından bəhs edib.
 
“D.Əliyeva adına Azərbaycan Qadınların Hüquqlarının Müdafiə Cəmiyyəti”nin sədri Novella Cəfərova – siyasi məhbuslar məsələsini vurğulayıb; regional insan hüquqları mərkəzlərinin yaradılması, xüsusən etnik azlıqların yaşadığı bölgələrdə bu məsələnin vacibliyini önə çəkib.
 
“Əlil Təşkilatları İttifaqı”nın sədri Davud Rəhimli – əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi zamanı üzləşdikləri problemlərdən; əlillik haqqında qəbul edilmiş qanunların yenidən nəzərdən keçirilməsinin zəruriliyi; qanunların icrası sahəsində icra strukturları arasında mövcud olan təzadlardan, ictimai iştirakçılıq haqqında qanun; Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlərdən bəhs edib.
 
“İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupu”nun Azərbaycan təmsilçisi hüquq müdafiəçisi Səadət Bənənyarlı – məmurların öz  çıxışlarına məsuliyətli yanaşmaması, çıxışları zamanı ciddi insan hüquqları pozuntularına yol verməklə cəmiyyətdə narazılıq yaratmasını; Gömrük Komitəsi tərəfindən qəbul edilən son qanunun kiçik sahibkarların hüquqlarını məhdudlaşdırmasını; dövlət başçısının təşəbbüsü ilə cəzaların humanistləşdirilməsi haqqında qanuna baxmayaraq bəzi cəzaların (Məs. Tofiq aqublu işi) adekvat olmaması; məhkəmə prosesləri davam edən məhbusların ailə üzvlərinin proseslərdə iştirak etməsinin təmin edilməsi; vətəndaşların qaynar xəttlərlə əlaqə saxlaya bilməməsi kimi məsələləri diqqətə çəkib.
 
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi”nin sədri Mirvari Qəhrəmanova – parlamentdə qəbul olunan qanunların insan hüquqlarına uyğunluğunun nəzərə alınması; qanunların tətbiqi ilə əlaqədar problemlər; əmək məcəlləsində olan dəyişikliklərin insan hüquqlarını pozması; qanunların qəbulu zamanı ekspertlərin fikirlərinin alınması və praktikada qanunun tətbiqi məsələləri; Nazirliklərin yanında fəaliyyət göstərən komitələrin hesabatlarının olmaması kimi mövzulardan bəhs edib.
 
Gəncə Regional Qadın Mərkəzi”nin sədri Məleykə Əlizadə – ictimai vəkillik haqqında qanun; regionlarda insan hüquqlarının təmin edilməsi; QHT-lərin iqamətgah problemləri, işçilərinin azlığı; regionlarda QHT-lərin fəaliyyətləri zamanı üzləşdikləri çətinliklər kimi məsələlərin vacibliyini vurğulayıb.
 
“Hüquqi Təhlil və Aaraşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli – yuvenil ədliyyə qanunu; 14 yasına qədər uşaqlara cismani cəzanın tətbiq edilməməsinin zəruriliyi, bu barədə ayrıca qanunun olması arzusunu; Rayon İcra Hakimiyyətlərində yetkinlik yaşına çatmayan vətəndaşlar üçün komissiyaların fəaliyyətindən narazılığı; açıq hökümət platforması kimi məsələlərə diqqətin yönəldilməsini ğnə çəkib.
 
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım”birliyinin sədri Zemfira Mustafayeva- əsasən məhkəmələrin fəaliyyətindəki problemlər (icra haqqında qanunun icraçıya göndərilməməsi); məhkəmə hüquq sistemində QHT-lərin fəaliyəti ilə bağlı məsələlərdən bəhs edib.
 
“Gənc Demokratlar İnstitutu İctimai Birliyi”nin sədri Yeganə Hacıyeva beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsində  QHT-ləin rolu; beynəlxalq təşkilatlara yerli QHT-lərin alternativ hesabatların təqdim olunması kimi mühüm məsələdən; insan haqlarının bütün ekspertlər üzrə müdafiəsi çərçivəsində pandemiya səbəbi ilə distant təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Rabitə və Texnologiyalar Nazirliyinə müraciətin vacibliindən; QHT-lərin hesabatlarının ingilis dilinə tərcümə olunması və buradan irəıli gələn  məsələlərə diqqəti cəlb edib.
 
“Humanitar Tədqiqatlar İctimai Birliyi”nin sədri Əvəz Həsənov – kadr islhatlarından sonra əsas fəaliyyətin vətəndaş cəmiyyətinin formalaşdırılmasına yönəlməsi; fundamental insan hüquqlarının pozulması; insan hüquqlarının icrası ilə bağlı monitorinqlərin aparılması kimi məsələlərdən bəhs edərək, aidiyyətli yerli strukturların QHT-lərə diqqətlə yanaşmamasının xoşagəlməz nəticələrini vurğulayaraq, sıx əməkdaşlığın dövlətin maraqlarına cavab verməsini qed edib.
 
“Azərbaycan Milli QHT Forumu”nun sədri Rauf Zeyni – son zamanlar həyata keçirilən islahatların vətəndaş cəmiyyətinə ünvanlanmasının sevindirici olması; QHT, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığında  bəhs edib.Bütün sahələrdə olduğu kimi, yerli VC təsisatlarının fəaliyyətinə diqqətin ümumilli mənafeyə xidmət etməsini vurğulayıb.
 
“Bələdiyyələrin İnkşafına Yardım İctimai Birliyi”nin sədri Niyaməddin Orduxanov –   təhsil haqqı problemi və siyasi məhbus məsələlərindən və bir sıra digər vacib məsələrdən bəhs edib.
 
“Sosial Hüquqların Araşdırılması İctimai Birliyi”nin sədri,professor Mayis Əliyev – məhkəmə-hüquq sistemi; insan hüquqlarının təmin edilməsi məqsədilə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması; ödənişli hüquqi yardım haqqında qanunun qəbul edilməsi; əmək və sosial hüquqlar; hüquqi təfəkkür və mədəniyyətin formalaşdırılmasına olan ehtiyac, vətəndaşların bu sahədə maarifləndirilməsi kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb.
 
“ELS Müstəqil araşdırmalar Mərkəzi”nin sədri İradə Yaqubova – QHT-lərin fəaliyyəti məhdudlaşdıran qanunlar; QHT-lərin fəaliyyətləri ilə bağlı üzləşdikləri problemlər; qanunların tətbiqi ilə bağlı mexanizmlərin olmaması və qanunlar qəbul edildiyi zaman həmin sahə üzrə fəaliyyət göstərən QHT-lərin rəylərinin alınması, VC institutları arasında son illərdə mövcud olan müzakirə mühitinin olmaması kimi məsələlərdən bəhs edib.
 
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin inkişafı İctimai Birliyi”nin sədri Əhməd Abbasbəyli – pandemiya dövründə ali məktəblərin tədris keçirmədii, heç vəsait sərf etməmələri fonunda tələbələrdən  təhsil haqqı tələb etməsi kimi problemlərdən; kommunal xidmət haqqlarının ödənişinə güzəştlərin tətbiq edilməsi kimi məsələlərdən bəhs edib.
 
“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi”nin sədri Kəmalə Aşumova –dövlət qurumları, rayon icra hakimiyyətinin nümhyəndələri ilə birgə görüşlərin keçirilməsinin zəruriliyi; Azərbaycanda uşaqların hüquqlarının vəziyyətlərinə dair verdikləri hesabatlar; uşaq hüquqları sahəsinin diqqətdən kənar qalması, xüsusi qayğıya ehtiyacı olan uşaqların pandemiya dövründə üzləşdiyi çətinliklər; sosial reklamlarla bağlı problemlər; regionlarda yaşayan uşaqların pandemiya dövründə distand təhsillə bağlı üzləşdiyi problemlər kimi məsələlərdən bəhs edib.
 
3 saat ərzində davam edən videokonfransda, iştirakçıların müzakirə etdiyi digər çoxsaylı məsələlərə münasibətini bildirən komitə sədri  Zahid Oruc,yekun nitqində, görüşdə fəal iştirak edən,konstruktiv və konkret təkliflər,orijinal ideyalar  səsləndirən QHT rəhbərlərinə təşəkkür  edərək onların fikir və təkliflərinin hər birinin təfərrüatı ilə araşdırılacağını, nəzərə alınacağını vurğulayıb.
 
Vətəndaş Cəmiyyətinin: yerli, mərkəzi və ali icra orqanları ilə sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin  ortaya qoyulacağını,  ölkəmizdə insan haqlarının qorunmasının təkmilləşdirilməsi üçün birgə və faydalı  layihələrin həyata keçiriləcəyinə,bu fəaliyyətin dövlətimizin həm beynəlxalq, həm də yerli məkanda islahatlar  siyasətinin   tərkib hissəsi kimi real nəticələrinin olacağına əminliyini bildirib.
 
 
Konfransın açılışını elan edən Milli Məclisin İnsan Hüquqlarının sədri Zahid Oruc il növbədə konfrans iştirakçılarına təşəkkür edərək ölkəmizin gələcək inkişafında hakimiyyət, cəmiyyət və QHT-lər arasındakı sıx əməkdaşlığın mühüm rolu olduğunu qeyd edib. Son dövrlərdə Prezidentin həyata keçirdiyi islahatların müsbət nəticələrindən bəhs edən Zahid Oruc dövlətin QHT-lərə böyük önəm verdiyini vurğulayıb və yüksək hakimiyyət təmsilçilərinin müxtəlif ictimai-siyasi qüvvə təmsilçiləri ilə görüşlərini məhz prezidentin elan etdiyi “Yeni Kurs” siyasəti ilə əlaqəli olduğunu bəyan edib.
Digər tərəfdən, parlamentin yeni rəhbərliyi prezidentin bu ilin10 mart tarixli açılış nitqində irəli sürülən əsas ideyalardan çxış edərək, müxtəlif ideologiayalar vəbaxışlar arasında konsensusun tapılması, vətəndaşlarımızın hüquqi mənafelərinin qorunması yolunda ardıcıl və sistemlə fəaliyyyətə hazır olduğunu bildirib və istər qanunvericilik sistemində zəruri olan dəyişikliklər, istərsə də daha geniş platformalarda əmədaşlıq imkanlarının yaradılması və insan hüquq və azadlıqların təminatı sahəsində uğurlarla yanaşı, problemlərin də müzakirəsinə hazır olduğunu nümayiş etdirir.
Konfransda, D. Əliyeva adına Azərbaycan Qadınların Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan-Milli QHT Forumunun sədri Rauf Zeyni,Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli,”Gənc Liderlər” Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova,İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli,Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri,Umud Mirzəyev-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Şəhla İsmayıl-Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti, NiyaməddinOrduxanov-Bələdiyyələrin İnkşafına Yardım İctimai Birliyinin sədri, hüquqşünas Ələsgər Məmmədli, Sahib Fərzəliyev- Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri, Zenfira Mustafayeva-Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım birliyinin sədri,ƏhmədAbbasbəyli-Cəmiyyətin və Vətəndaş Münasibətlərinin inkişafı İctimai Birliyi, Səidə Qocamanli – İnsan haqqları və qanunçuluğun müdafiə bürosunun sədri,Səadət Bənənyarli – Beynelxalq Insan  Huquqlari Cemiyyetinin sədri, Aynur Camalqızı-Azerbaycan MilliQadın Konsensus Mərkəzi,Məleykə Əlizadə-Gəncə Regional Qadın Mərkəzinin sədri, Yeganə Hacıyeva, Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, Aqil Camal, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri,Ramil Iskəndərli, “Hüquqi Təhlil və Aaraşdırmalar” İctimai Birliyinin sədri, Kəmalə Aşumova-Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri,Əliməmməd Nuriyev-Konstitusiya Araşdırmaları Fondunun sədri, Mayis Əliyev-Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Mirvari Qəhrəmanova-Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi; Rəfail Becanov-Məmmədov Ayaz, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri, Gülayə Səfərova-Ailə DünyasıAilələrə Hüquqi Yardım İctimai Birliyinin sədri,Şəmsəddin Əliyev “Polisə dəstək” İctimai Birliyinin sədri, Qalib Nəbiyev,İradə Yaqubova-“ELS Müstəqil araşdırmalar Mərkəzi” İnkişaf Birliyinin sədri iştirak ediblər.
 
 
Konfransda ümumilikdə-hakimiyyət və QHT-lər arasındakı münasibətlərin inkişaf etdirilməsi, qanunvericilikdə aparılması tələb olunan dəyişikliklər, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına münasibət və ənənəvi qarşıdurma ruhunun aradan qaldırlması yolları, məhkəmə hüquq sisteminin mövcud vəziyyəti və baş verən bir sıra neqativ halların, qanunsuz qərarların müxtəlif ictimai mexanizmlərlə aradan qaldırılmasının vacibliyi, mərkəzi və yerli qeyri-dövlət təşkilatlarının çalışması üçün uyğun yer və digər maliyyə-texniki xarakterli çətinliklərin son illərdə artmasının səbəbləri,QHT-lərin qeydiyyata qədərki və sonrakı fəaliyyətlərini həyata keçirərkən üzləşdikləri məhdudiyyətlər, insan hüquqları və ərazi bütövlüyünün təminatı siyasətinin vahid bir xəttə çevrilməsi zərurəti, hüquqi cəmiyyətin maarifləndirmədən keçdiyi həqiqətinin idarəetmə orqanları tərəfindən qəbul edilməsi üçün müxtəlif bürokratik əngəllərin aradan qaldırılması,qadın və uşaqların hüquqlarının qorunması zamanı ortaya çıxan problemlər, vətəndaş cəmiyyətinin inkişafı üçün münasib mühitin yaradılması, əlilliyi olan şəxslərin üzləşdiyi problemlər, təhsil hüququ, qht-lərin qeydiyyat problemləri, regionlarda insan hüquqlarının pozulması ilə əlaqədar müraciət problemləri, qanunların tətbiqinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair məsələlər müzakirələrin əsasını təşkil edib.
 
Sonda Komitə sədri Zahid Oruc görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür  edərək onların fikir və təkliflərinin diqqətlə araşdırılacağı və onların yüksək dövlət, hökumət, qanunverici orqan rəhbərlərinə çatdıralacağını, gələcək əməkdaşlığın belə dialoqlardan keçdiyini qeyd edib.Komitə ilə birgə daha böyük layihələrin həyata keçiriləcəyinə dair təşəbbüslər hamı tərəfindən dəstəklənib.
Görüşdə çıxış edən tanınmış ictimai xadimlərin hər birinin çıxış və təkliflərindən hazırlanan geniş açıqlama yaxın vaxtlarda kütləvi informasiya vasitələrinə təqdim olunacaqdır.
 
Ilkxeber.org