Sərt karantin rejimində dövlət müəssisələrində 30 faiz işçinin işə çıxarılması təşkil olunmuşdusa, yumşalma tədbirlərində bu say 50 faizə çatdırılıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O qeyd edib ki, əgər dövlət işində çalışıb, övladını məktəbə göndərməkdə çətinlik çəkən varsa, bu barədə çalışdığı müəssisəyə bildirməlidir. Hikmət Hacıyev bildirib ki, regionlararası uçuşların təşkili nəzərdə tutulmur.
© 2020 - Created by İLK XEBER.