Azərbaycan Mətbuat Şurasının sədri Mirzə Ələkbər Sabir haqqında yazıb. Ə.Amaşov xatırladıb ki, bBu gün Mirzə Ələkbər Sabirin doğum günüdür. "Sabir böyük sənətkardır, dahidir. Bu yaxınlarda "525-ci qəzet"ə müsahibəmdə onu böyük Nizami ilə müqayisə etmişdim. Söyləmişdim ki, Nizamini bütün dünya şairlərinin şahı hesab edirəm. Stolüstü kitabım isə Sabirin “Hophopnamə”sidir. Biz Məcnunun Leyli sevgisindən dəliyə çevrilməsini hər zaman xatırlayırıq. Həmin sevgi itməyəcək, çünki onun oxşarı hamımızın içindədir"-deyə Ə.Amaşov bildirib.
O daha sonra aşağıdakıları qeyd edib: "Amma düşünürəm ki, böyük Sabirin “harda müsəlman görürəm qorxuram” ifadəsindəki narahatlıq hər zaman bizim üçün aktual olaraq qalacaqdır. Sual olunur, bəs necə edək ki, müsəlman görəndə qorxmayaq, onun könlünü oxşayaq, ona sevgimizi izhar edək... Unutmayaq ki, bizim bir xalq, millət kimi mənəvi tamlığımızın yolu məhz bu münasibətlərdən keçir. Ona görə də biz Sabiri həmişə tükənməz sevgi və sayqılarla xatırlayacağıq"!