• Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
ILK XƏBƏR
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result

Mətbuatda dil problemləri İsmayıllıda müzakirə edilib

İlk xəbər yazar İlk xəbər
05.11.2016
Kateqoriya: Media
0
Mətbuatda dil problemləri İsmayıllıda müzakirə edilib
10
PAYLAŞIM
44
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş

12:03:40
AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Regionlarda dil situasiyası: İsmayıllı” mövzusunda “dəyirmi masa” keçirilib.

Dilçi alimlərin, rayon ziyalılarının, kargüzarlıq işində çalışanların, rayon icra hakimiyyəti yanında adqoyma komissiyası üzvlərinin, KİV nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, aparılan monitorinqin nəticələri müzakirə olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova mövzunun aktuallığını diqqətə çatdıraraq, bununla bağlı İsmayıllıda görülən işlərdən danışıb.

Dilçilik İnstitutu monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva “Dövlət Proqramının icra mexanizminin başlıca istiqamətləri”, şöbənin aparıcı elmi işçiləri Şahlar Məmmədov “Mətbuatda dil problemləri”, Nəzakət Qaziyeva “Qloballaşma dövründə dövlətin dil siyasəti”, Rasim Heydərov “Reklamların dil mənzərəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən, ana dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən, mövcud problemlərdən söz açılıb. Qeyd olunub ki, bu gün Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından heç də lazımınca və düzgün istifadə edilmir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması üçün çeviklik nümayiş etdirilməlidir. Bu gün bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması hallarına rast gəlirik. Həmçinin aparılan monitorinqlər zamanı bəzən küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulduğu da müəyyən edilib.

Son illər elektron medianın sürətlə inkişaf etdiyi bir şəraitdə dil normalarının ciddi şəkildə pozulması halları da müşahidə olunur. Müəlliflər diqqəti informasiyalara daha çox cəlb etmək məqsədi güdərkən, dil normalarını ciddi şəkildə pozurlar. Buna misal kimi, “Azərbaycanda dəhşətli xəzinə tapıldı”, “AŞPA rəhbəri ermənini söndürdü”, “Putin dəhşət saçdı” və sair başlıqlı xəbərləri göstərmək olar.

Qeyd olunub ki, monitorinq şöbəsi paytaxtda və bölgələrdə Azərbaycan dilinin tətbiqi prosesini izləyir, nöqsanları araşdırır, bununla bağlı tövsiyələr hazırlayır və bu barədə müvafiq dövlət qurumlarına hesabat təqdim edir.

Bu gün dil normalarının pozulmasının qarşısının alınması, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və sair kimi məsələlərin gündəmdə durduğunu qeyd edən natiqlər Dilçilik İnstitutunun, o cümlədən monitorinq şöbəsinin bu sahədə gördüyü işlərdən ətraflı danışıblar.

“Dəyirmi masa”da ədəbi normalara əməl olunmasının zəruriliyi qeyd edilib, normativ hüquqi bazanın təkmilləşdirilməsinin, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsinin, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, ana dilimizin kütləvi informasiya vasitələrində təbliğinin vacibliyi vurğulanıb.

 

Download Best WordPress Themes Free Download
Download Premium WordPress Themes Free
Download Premium WordPress Themes Free
Download WordPress Themes
download udemy paid course for free
download lava firmware
Premium WordPress Themes Download
free download udemy course
Tags: Dilçilik İnstitutu
ILK XƏBƏR

Ölkədə və dünyada olan ən son yeniliklərdən xəbərdar olun.

Bizi izləyin

Son Xəbərlər

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Parlament seçkiləri üzrə təşviqat kampaniyası yanvarın 17-də başlayacaq

07.12.2019
Könül Xasıyeva evini satışa çıxardı

Könül Xasıyeva evini satışa çıxardı

07.12.2019
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.