• Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
ILK XƏBƏR
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result

Həmkarlarından Xoşqədəm Hidayətqızına dəstək

İlk xəbər yazar İlk xəbər
15.11.2016
Kateqoriya: Media
0
Həmkarlarından Xoşqədəm Hidayətqızına dəstək
11
PAYLAŞIM
49
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş

Aynur Camalqızı: “Bu toplum qadına nə qədər amansızdır, riyakardır, barışmazdır…”

Aydın Caniyev: “Adama deyərlər ki, dümbələk, bu səndə var idi, niyə yaymırdın”?

Artıq bir neçə gündür ki, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin kadrarxası səhnələrinin yayılması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Xanım jurnalisti qınayanlarla yanaşı, onu müdafiə edənlərin də var və ikincilərin sırası birinciləri üstələməkdədir.

Xoşqədəm Hidayətqızının yanında olduğumu bəyan edirəm!

Məsələn, dünən əməkdar jurnalist Aynur Camalqızı Xoşqədəmə dəstək olaraq sosial şəbəkədəki hesabında bildirib ki, televiziya mütəxəssisi deyil və 4 ildən artıqdır ki, nadir hallarda Azərbaycan TV-lərinə baxır:

“Bu səbəbdən fikirlərimi subyektiv hesab edə bilərsiz. ATV-də “Səni axtarıram”ın yalnız ilk verilişinə baxmışam. Onda da özüm iştirakçı olduğum üçün. Sonra heç vaxt iştirak etmədim – dəvət olunsam belə. Çünki anladım ki, bu tip verilişlər mənlik deyil. Bizim TV-lərdə heç bir veriliş cəmiyyətə lazımi mesajlar ötürmür, hətta bəlkə bunun fərqində də deyil. Halbuki hər bir telelayihənin gücü onun cəmiyyətə ötürdüyü ismarışlarla ölçülməlidir. Bununla heç kəsin, xüsusən həmkarımız Xoşqədəm xanımın zəhmətinin üstünə kölgə salmaq istəmirəm. Təbii ki, sosial yönümlü telelayihələr olmalıdır və göründüyü kimi, reytinq cədvəllərində də bu tip verilişlər ilk yerləri tutur. “Səni axtarıram” Azərbaycan teleməkanında ən populyar layihədir. Demək ki, auditoriya bunu istəyir. TV-lər də onlara istədiyini verir. Mən TV-ləri də qınamaq istəmirəm. Çünki reklam verən şirkətlər məhz həmin reytinq cədvəllərinə əsasən media ilə əməkdaşlıq edirlər. Yəni mövcudluq uğrunda mübarizədə reallıqla hesablaşmağa məcburuq. Və təkcə Azərbaycanda deyil, qonşu Rusiyada da, qardaş Türkiyədə də bu cür verilişlər real həyatdan götürülsə də, teatrlaşdırılır, müəllifin təxəyyülü ilə ora nələrsə əlavə olunur. Yəni indi dəhşətli bir cinayətin üstü açılmayıb. Biz məsələnin təxminən belə olduğunu onsuz da bilirdik. Amma mən də bu fikirdəyəm ki, “mətbəx sirləri”nin açılması etika və peşəkarlıqdan uzaqdır. Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı! Bu toplum qadına nə qədər amansızdır, riyakardır, barışmazdır… Şübhə etmirəm ki, bunu edən kişilərdir. Və məhz buna görə də Xoşqədəm Hidayətqızının yanında olduğumu bəyan edirəm! Klaviaturanın qarşısında əyləşib bir qadını aşağılayıcı tonda müzakirə etməzdən öncə bir özünüzə baxın, düşünün, buna haqqınız çatırmı? Kimsiniz siz? Siz bir qadından nə qədər öndəsiz, nə qədər ağıllısız, nə qədər uğurlar əldə etmisiz, bu ölkə, bu xalq üçün daha xeyirli, daha gərəkli nə etmisiz? Cavab verə bilərsizmi? Etiraf etməyə hazırsızmı? Ədalətli olmağa gücünüz çatarmı?..”

Xoşqədəm indi bəzi ədəbiyyat adamlarından daha ləyaqətlidi!

aydinTanınmış jurnalist Aydın Caniyev isə özünün facebook səhifəsində belə yazır:

“Daldan atılan daş heç topuğa da dəyməz! Səhər saat 5-dən fb-də eşələnirəm. Xoşqədəm Hidayətqızı hədəfdi. Məhz hədəf! Və ona qarşı yayılan video namərdliyin, nakişiliyin ta kəndisi! Adama deyərlər ki, dümbələk, bu səndə var idi, niyə yaymırdın? İndi nə oldu? Alverçi təfəkkürü, şantajist xisləti! Özü də guya Xoşqədəm Hidayətqızı bu videoylamı hörmətdən düşəcək – hörməti vardı ki, yazılmırdı ki indiyənəcən?.
Maraqlı olan bu deyil! Maraqlı olan heç Xoşqədəmin və həmkarlarının ikiüzlülüyü də deyil – zatən də bilinən nəsnələr, amma və lakin məni iyrəndirən… özlərini söz adamları sayanların özlərinin surəti-pakini əllərdən və əyalətlərdən keçmişlərin əliylə yaratmaları, özlərinə don geyindirərək təzədən sırımalarıdır.
Ay xiyarlar, gedin yazın da, yayın da, satılın da, qazanın da, yerləşin də, ərindən başqa kişi görməyən arvadınızı boşayın da, yüzüylə eşq yaşayanla evlənin də, vaxtilə fahişə dediyinizə indi bacı deyib də sığının da, amma və lakin… özünüzü soxuşdurmayın – xarakter, mübariz, vətənpərvər və s adıyla!
O yazılarınızdı demokratiya adına etiraz etmirik, özünüzə isə kifayət qədər etirazımız var – bu vətən həm də bizimdi!
Unutmayın və… susun!
p.s. elə bil bir-birlərinin ağzına tüpürüblər – ard-arda radara düşürlər, adam bilmir hansını hədəfə alsın, pərpətöyün kimi yayılıblar…”

 

Free Download WordPress Themes
Download Premium WordPress Themes Free
Download WordPress Themes
Download WordPress Themes
free download udemy paid course
download mobile firmware
Download Nulled WordPress Themes
lynda course free download
Tags: Xoşqədəm
ILK XƏBƏR

Ölkədə və dünyada olan ən son yeniliklərdən xəbərdar olun.

Bizi izləyin

Son Xəbərlər

Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

Parlament seçkiləri üzrə təşviqat kampaniyası yanvarın 17-də başlayacaq

07.12.2019
Könül Xasıyeva evini satışa çıxardı

Könül Xasıyeva evini satışa çıxardı

07.12.2019
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.