• Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
ILK XƏBƏR
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result

Bu gün ədəbiyyat cəmiyyətin önündə gedirmi?

Gülyaz ƏLİYEVA

İlk xəbər yazar İlk xəbər
03.11.2019
Kateqoriya: Mədəniyyət
0
Zaman, vaxt qatarı və ya qırmızı paltarlı gəlincik…
20
PAYLAŞIM
91
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş

Əsl ədəbiyyatın predmeti insandır və onun həyatıdır. İnsan qəlbinin təlatümləri, hiss və duyğularıdır. Və dünyanın hər yerində dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq insan hisslərinin dili eynidir. Ona görə də insan hisslərindən bəhs edən ədəbiyyat hansı dildə, hansı xalqın ədəbiyyatında yaranmasından asılı olmayaraq, bütün dünya insanları tərəfindən oxunur, başa düşülür və sevilir, köhnəlmir. Çünki söhbət İNSANdan gedir…

O ədəbiyyat qüdrətlidir ki, o, xalqın həyatını, onun həyatında baş verənləri olduğu kimi, bəzək-düzəksiz əks etdirir, xalqın həyatında baş verən mühüm hadisələrdən danşır. Biz fransız deyilik. Amma Fransa tarixinin mühüm bir dövrünü əks etdirən “Səfillər “romanını oxuyub da sevməyən varmı? Xalqın hər zümrəsindən, hər təbəqəsindən olan insanları o cür ustalıqla qələmə alan Viktor Hüqo da ədəbiyyatda bir inqilab eləmişdi, o inqilabı reallıqla əks etdirdiyinə görə. O əsərdə isnandan, isan xislətindən, müxtəlif şəraitdə, müxtəlif vəziyyətlərdə onun insanlığa sadiq qalıb-qalmamasından məharətlə bəhs olunur. Ona görə o əsər dünya durduqca, insanlıq var olduqca yaşayacaq. Çünki o öz xalqının həyatını, tarixini olduğu kimi, reallıqla əks elətdirmiş, maraqlı insan obrazları yaratmş və o dönəmi olduğu kimi qələmə almışdı. O ədəbiyyatın ki, tərkibinə siyasət, süni mövzular qatıldı, o, mövsümi olar, nə qədər ustalıqla yazılsa da, əbədiyaşarlıq qazana bilməz. Həmin siyasətin ömrü qədər olar o ədəbiyyatın ömrü…

Ədəbiyyat öz təbii axarı ilə yaranıb inkişaf etməlidir. Zorla məhəbbət olmadığı kimi, zorla ədəbiyyat da olmaz. Ədəbiyyata zorla mövzular sifariş verilməz! Günəş sifarişlə çıxmadığı, güllər sifarişlə açmadığı, qar, yağış sifarişlə, rüşvətlə yağmadığı kimi, ədəbiyyat da sifarişlə yazılmaz. Ədəbiyyat işi ürək, könül işidir. Ürəyə hökm edilmədiyi kimi ədəbiyyata da hökm edilməz! Odur ki, sünilik qatılan ədəbiyyat qısaömürlüdür …

Sovet dönəmində ədəbiyyata süni mövzular, siyasət qatıldı. Ədəbiyyat ədəbiyyatlıqdan çıxarıldı. Öz təbii yolu ilə gedilməyə qoyulmadı , qarşısına öhdəçilik qoyuldu! Dünyanın heç bir yerində ədəbiyyata bu cür öhdəçilik qoyulmurdu. Hamıya zorla, qorxu gücünə 2×2=5 öyrədilir və təkrar-təkrar təkrarladılırdı. “4” deyənlər yerindəcə görk olsun deyə güllələnirdi və bu “4” deyənlər güllələndikdən sonra yalnız 2×2=5 deyənlər qaldı. Və onlardan başqa nə gözləmək olardı? Hamı eyni cür düşünməli, eyni cür geyinməli və eyni boyda olmalı idi. Ə Kərimin bir şeirində deyildiyi kimi… Odur ki, yazarlar nə qədər istedadlı olsalar da, onlar çox uzağa gedə bilməzdilər, çünki onların gedəcəkləri yolun qarşısı qalın sement-betondan hörülmüş bir divarla alınmışdı. Onlar boylarından çox hündür olan bu divarı keçə bilməzdilər! İstəsələr belə, uzaq gedə bilməzdilər. Ən yaxşı hədd gedib o divara çatmaq idi. Çatanlar ya dayanmalı, ya da dönüb dolanmalı idilər! Amma bu dönəmdə ədəbiyyat yaradanları kəsib atmaq da düz olmaz! Onların görüb bildikləri “5 ” idi…”4″-ü bilənlər güllələnmiş, asılmış, sürgün olunmuşdular… Odur ki, ən azından onların xidməti ana dilimizi inkişaf etdirmək, onu yad ünsürlərdən qorumaq olub.

İçinə süni surətdə qatılmış qatqıları silkələyib çırpanda o dövrdə yazıb-yaratmış bir çox şair və yazıçımın qalın kitablardan ibarət olan yaradıcılığından yalnız 5 -6 vərəq qalır!…

Amma bu vərəqləri diqqətlə oxumaq, onların deyə bilmədiklərin anlamağa çalışmaq lazımdır!

Cabbarlının Elxanının son monoloqu başdan-başa mətnaltı cümlələr deyilmi?

Damokl qılıncı altında nəsə deməyə çalışanları bu gün qamçılamaq yox, onların açıq deyə bilməyib, demək istədikıərini anlamaq lazımdır.

Ədəbiyyat bütün dövrlərdə cəmiyyətdən öndə gedib, əgər onu süni surətdə tutub ləngitməyiblərsə, öz təbii axarı ilə gedibsə. Müstəqillik, cümhuriyyətçilik öncə ideyada, ədəbiyyatda yaradıldı, sonradan cəmiyyətdə özünü bərqərar etdi. Cümhuriyyətin yaranmasında onu öncə beyinlərdə, fikirlərdə yaradan ədəbiyyat xadimlərinin böyük əməyi danılmazdır.

Bu gün necə? Bu gün ədəbiyyat cəmiyyətin önündə gedirmi? Bəlkə, mən karam, bu ədəbiyyatın səsini eşitmirəm, ya koram, onu görmürəm? Amma mənə elə gəlir ki, bu gün ədəbiyyat şikəst olub. O nəinki cəmiyyətin önündə gedib ona düzgün yol, istiqamət göstərə bilmir, hətta cəmiyyətin arxasınca güc-bəla sürünür.

Hanı bizim Ə. Cavadımız, A. İldırımımız, C.Cabbarlımız, Ə. Hüseynzadəmiz, C. Məmmədquluzadəmiz , M Müşfiqimiz?! Xalq həmin xalq, ölkə həmin ölkə, amma şair və yazıçılar həminki deyil…

Niyə Qarabağ dərdlərindən, Qarabağ müharibəsidnən bəhs edən, xalqı ayağa qaldırmağı bacaran, beyinlərə təsir edib cəmjyyətdən öndə gedən ədəbiyyat nümumələrimiz onilliklər ərzində hələ də yaranmayıb?!

Necə ki Cümhuriyyət yaranmamış onu ədəbiyyatda yaratmışdılar, heç olmasa, qələbəmizi öncə ədəbiyyatımlzda yaradan, xalqı ona kökləyən, ona ruhlandıran, bu əndirabadi müharibənin bütün təbəqələrin həyatına göstərdiyi təsiri əks etdirən, baş qəhrəmanı xalq olan “Səfillər “kimi bir əsərin yazılmasını gözləyirəm ədəbiyyatımızdan…

Download Best WordPress Themes Free Download
Download Premium WordPress Themes Free
Download WordPress Themes Free
Download Nulled WordPress Themes
udemy paid course free download
download coolpad firmware
Premium WordPress Themes Download
free download udemy paid course
Tags: Gülyaz ƏLİYEVA
ILK XƏBƏR

Ölkədə və dünyada olan ən son yeniliklərdən xəbərdar olun.

Bizi izləyin

Son Xəbərlər

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük töhfə – “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük töhfə – “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

09.12.2019

“ONLAR YENİDƏN NAMİZƏD OLMAMALIDIRLAR…” – “4-5 çağırış deputat olan şəxsləri yola salmaq istəyi var”

09.12.2019
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.