Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.
Sambo yarışlarında Azərbaycan təmsilçisi Mehman Xəlilov Ermənistan idmançısı Maksim Manukyanla üz-üzə gəlib.
57 kq çəki dərəcəsində çıxış edən idmançımız rəqibinə qalib gələrək bürünc medalı qazanıb. O, rəqibini 9:1 hesabı ilə məğlub edib.