Haqqımızda

İlkxeber.org onlayn ictimai-siyasi qəzet (xəbər saytı) 2017-ci-cü ildən fəaliyyətə başlayıb.

İlkxeber.org saytı Azərbaycan dilində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ, qərəzsiz və obyektiv şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Məqsədimiz oxuculara gündəlik həyatda baş verən hadisələr barədə dolğun və obyektiv məlumat verməkdir. Çalışacağıq ki, cəmiyyət özü bizim mövqeyimizə və məramımıza qiymət versin. Onu da əlavə edək ki, istənilən xəbəri dərc etməyə hazırıq və bütövlükdə cəmiyyəti bizimlə əməkdaşlıq etməyə, problemlərini bizə ünvanlamağa çağırırıq. Bu yolda bizimlə birgə olanlara təşəkkürümüzü bildiririk.

Saytın təsisçisi və baş redaktoru tanınmış jurnalist Xanoğlan Əhmədovdur.