• Haqqımızda
  • Reklam
  • Əlaqə
ILK XƏBƏR
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Bu haqsızlığı Allah da götürməz” –  Ucar sakini Prezidentə müraciət etdi

Fevral 11, 2019 1:37
Kateqoriya: Cəmiyyət, Manşet
0
“Bu haqsızlığı Allah da götürməz” –  Ucar sakini Prezidentə müraciət etdi
22
PAYLAŞIM
34
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş

“Məni qanunsuz olaraq işdən çıxarmaqla ailəmi iki azyaşlı uşaqlarımı acından ölməyə məhkum ediblər. Bu işgəncəni, ədalətsizliyi Allah da götürməz”. Bu sətirlər Ucar rayonu Gəraybəyli kənd sakini  Nuriyev Teymur Əli oğlunun redaksiyamıza göndərdiyi və prezident İlham Əliyev və Mehriban xanım Əliyevaya ünvanladığı müraciətindən götürülüb.

T.Nuriyevin müraciətini olduğu kimi təqdim edirik:

“Mən 10.09.1980-cı il tarixdə Ucar rayonunda anadan olmuşam. 20.05.2011-ci il tarixdə Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşam.Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşam. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təsdiqlənmiş 29 yanvar 2018-ci il tarixli əmri mənə təqdim etməsələrdə şifahi məlumat verdilər ki, dəfələrlə barəndə tənbeh tədbirləri tətbiq edilməsinə baxmayaraq heç bir nəticə çıxarmamışdır öz əmək funksiyamı və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədiyimə və qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə istinad edilmişdir.Guya mən işə spirtli içki qəbul edib gəlmişəm sərxoş olmuşam.Ancaq məhkəmə tərfindən sorğu edilib alınmış sənəddə tam subut olundu ki, qeyd edilən 06 noyabr 2017-ci il tarixdə iş zamanı spirtli içki qəbul etməmişəm, sərxoş olmamışam.
Mən əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının . ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.
İddia ərizəm üzrə məhkəmə tərəfindən sorğu edilib alnımış sənəddə qeyd edilib ki, “Ucar rayon Mərkəzi Xəstəxanasının 30.11.2018-ci il tarixli 1595 nömrəli məktubunda qeyd edilmişdir ki, Nuriyev Teymur Əli oğlu 06.11.2017-ci il tarixdə saat 09-45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət etmişdir. Müayinə alkotestlə aparılmış və onda sərxoşluq vəziyyəti aşkar olmamışdır.”

Bu konkret və mötəbər subutdur ki, mənim işdən çıxarlmağıma dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 29.01.2018-ci il tarixli əmri qanunsuzdur.
Bütün bu konkret və mötəbər subutlara baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəlıyev iddia ərizəmi təmin edilməməsinə dair 07 dekabr 2018-ci il tarixli 2-1(84)-1286/2018 saylı qərar çıxartdı.
Həmin qərardan verdiyim apellyasiya şikayətimə 13 fevral 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov baxacaq. Çox-çox narahatam ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasov Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev kimi qanunu qərar çıxarmaqdan çəkinər. Çünki hakim Kənan Vəliyev mənə açıq-aşkar dedi ki, sən düzsən subutlarında iddia ərizənin təmin edilməsinə əsasdır, ancaq mən Fövqəladə Hallar Nazirliyniə qarşı qərar çıxara bilmərəm, işimdən qorxuram.
Bu qərar mənim ailəmin acından ölməsinə dair verilib. Çünki mən haqlı olaraq ədalətin bərpasına nail ola bilmirəmsə bu mənim və ailəmin acından ölməsinə gətirib çıxaracaq. İşlədiyim kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışam.İşlədiyim iş mənim yeganə qazanc mənbəyimdir. Əmək haqqım olduğu üçün bankdan kredit götürüb adıma olan hazırda yaşadığımız mənzili girov qoymuşdum. Mən işə sərxoş vəziyyətdə gəlməmişəm, Fövqəladə Hallar Nazirliyinin işdən çıxarılmağıma dair əmr qanunsuz və əsassızdır.Bir ildən çoxdur ki, işdən çıxarıldığım üçün borc edib yaşayırıq. Artıq ailəmiz aclıqdan xəstəlik tapıb.Mənə, ailəmə qarşı edilmiş bu haqsızlığı Allah da götürməz.                                                                                      ÜÜmüdüm Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixdə çıxaracağı qəraradır. Əgər Şəki Apellyasiya Məhkəməsi qanunları ali tutarsa iddia ərizəm təmin olacaq işə bərpa olacam ki, bununlada ailəm azyaşlı uşağlarım ölməyib yaşayacaqlar. Yox əgər Şəki Apellyasiya Məhkəməsidə birinci məhkəmə kimi qanunsuz qərar çıxaracaqsa mən həmin günü ailəmi özümü ölmüş biləcəm.Bu isə faciələrə gətirib çıxaracaq.Çünki mənim uşaqlarım aclıqdan öləcəksə mənə yaşamaq lazım deyil.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib çox-çox xahiş edirəm, azyaşlı övladlarımın aclıqdan məhv olmasının qarşısını alın, apellyasiya məhkəməsində ədalətin bərpa edilib qanunsuz çıxarıldılğım işimə bərpa edilməyimə köməklik göstərin”.

 

Download Nulled WordPress Themes
Download Best WordPress Themes Free Download
Download Best WordPress Themes Free Download
Download Best WordPress Themes Free Download
download udemy paid course for free
Öncəki xəbər

“Ayrılığ”ın müəllifi vəfat etdi

Bunlara da bax

ABŞ-da yaşayan azərbaycanlı ekoloq xanım

Bunlara da bax
ABŞ-da yaşayan azərbaycanlı ekoloq xanım

ABŞ-da yaşayan azərbaycanlı ekoloq xanım

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

Gürcüstan azərbaycanlıları ayaqda – gözlər rəsmi Tiflisdə

Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə

Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib

Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib

Köşə

Onlar bizdən hündürdü…

Orda hamı görüşəcək…

21/02/2019 - 00:55
“Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur…”

“Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur…”

21/02/2019 - 14:15
88-ci ilin fevralı – Meydana aparan yollar

88-ci ilin fevralı – Meydana aparan yollar

19/02/2019 - 21:40
NYURNBERQ PROSESİ: Bəs Ermənistan üzrə proses nə vaxt başlayacaq?

NYURNBERQ PROSESİ: Bəs Ermənistan üzrə proses nə vaxt başlayacaq?

19/02/2019 - 16:22

Türk Qacar imperiyası və “Persiya tarixi”

18/02/2019 - 22:19
Hadinin ürək yandıran təşvişi…

Hadinin ürək yandıran təşvişi…

17/02/2019 - 23:38
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Əlaqə: +994 50 323 51 05

© 2018 Ofris.Agency

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2018 Ofris.Agency