• Haqqımızda
  • Reklam
  • Əlaqə
ILK XƏBƏR
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result
Ana Səhifə Köşə

Cibində bir qəpiyi yoxdur, amma hikkəsi yerə-göyə sığmır…

Fevral 8, 2019 3:16
Kateqoriya: Köşə
0
Yalançı gülüşlər üzümüzdə qırışlar yaradıb
9
PAYLAŞIM
40
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş
Seymur Verdizadə 
Boğazında 20-25 il əvvəl dəbdə olan enli qalstuk vardı. Paltosunun rəngi çoxdan solmuşdu. Ayaqqabısı köhnə olsa da, səliqə ilə təmizlənmişdi. Saçları ağarmış, dərin qırışlar sifətinə müxtəlif “naxışlar” salmışdı. Özünü nə qədər şux tutmağa çalışsa da, xarici görünüşündən kədər yağırdı. Axırıncı dəfə nə vaxt sevindiyini bəlkə özü də yaddan çıxarmışdı…
Ədəb-ərkanla salam verib, hal-əhval tutdu. Salamını alıb, kefini soruşdum. Razılıq əlaməti olaraq başını yırğalayıb, belə dedi: “Mənim bu fani dünyadan heç bir umacağım yoxdur. Amma qardaşımın qızı iki uşaqla küçədə qalıb. Ona kömək etmək lazımdır”.
Maraq güc gəldiyi üçün ondan qardaşının qızına necə kömək edə biləcəyimi soruşdum.
Bu sualı gözlədiyi üçün cavabı çox gecikmədi: “Elnarə həyat yoldaşından boşanıb. Əri üç ildi ki, ona bir qəpik pul vermir. Qardaşım qızı evdən qovub. Deyir ki, uşaqları ver atasına, zəhmət çəkib özü baxsın”.
Qatıldığım televiziya proqramlarında bu cür talelərlə tez-tez qarşılaşıram. Təcrübədən bilirəm ki, ancaq məhkəmə yolu ilə aliment almaq mümkündür. Bunu həmsöhbətimə deyəndə, çuxura düşmüş gözlərində sevinc nidaları parladı. Əlini ərklə çiynimə qoyub, belə dedi: “Mən də sizdən bunu istəyirdim. Qızı televiziyaya çıxar. Qoy, dərdini danışsın. Deyirlər ki, efirə çıxanlara vəkillər pulsuz xidmət göstərirlər. Allah xatirinə, Elnarənin də aliment almağına kömək edin”.
Üç gün sonra Elnarə ilə studiyada görüşəndə, uşaqlarını da özü ilə gətirmişdi. Dedi ki, atası onu qovandan sonra uşaqları ilə birlikdə əmisinin ikiotaqlı mənzilinə sığınıb. Qırx beş il pedaqoji fəaliyyətlə məşğul olan Əjdər müəllim pensiyaçıdır, ayda 230 manat təqaüd alır. Elnarə bu qocaman müəllimə yük olduğu üçün vicdan əzabı çəkdiyini dedi.
Vəkil dostum səbirsiz adam olduğu üçün birbaşa mətləbə keçdi: “Ərindən niyə boşanmısan?”
Elnarə azca qızarsa da, ümid yeri kimi baxdığı qoca vəkili çox gözlətmədi: “Üç il əvvəl balaca oğlum pilləkəndən yıxılıb sifətini əzmişdi. Yoldaşım axşam işdən gələndə buna görə məni bərk danladı. Evdə söz-söhbət, narazılıq yarandı. Ertəsi gün qonşular bunu atama çatdırdılar. O da gəlib bizi apardı. Sonra yoldaşım iki dəfə arxamızca gəldi. Amma atam bizi buraxmadı. Səfər də acığa düşüb, məndən boşandı”.
Vəkil dostumun ürəyincə olmasa da, söhbətə müdaxilə etdim: “Əgər atan sizə baxmayacaqdısa, doğma qızını uşaqları ilə birlikdə küçəyə atacaqdısa, niyə evinə gətirirdi?”
Elnarə məyus halda dilləndi: “Atamın bizə baxmağa imkanı yoxdur. Ayda 190 manat təqaüd alır. Bu pul onun heç arağına bəs eləmir…”
Kövrək qəlbli oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, boşanma prosesində məhkəmə Səfərin aliment ödəməsinə dair qətnamə çıxarıb. Amma o, acığa düşdüyü üçün bu günə kimi həyat yoldaşına və uşaqlarına bir manat da pul verməyib. Vəkil dostum məsələni nəzarətə götürüb, Elnarə ona çatmalı olan vəsaitin bir hissəsinə tezliklə sahib olacaq…
Bəndənizi bu mövzuya toxunmağa vadar edən əsas səbəbə gəlmək istəyirəm. Təəssüf ki, bizim ölkəmizdə ailələr valideynlərin iştirakı ilə qurulduğu kimi, həm də onların əli ilə dağılır. Minlərlə ata-ananın öz övladlarını bədbəxt etdiyinə dair faktlar var. Elnarə də onların biridir. Mən məişət zorakılığını qəti şəkildə pisləyirəm. Özünə hörmət edən kişi heç vaxt uşaqlarının anasına əl qaldırmaz. Öz ata-anasına hörmət edən adam heç vaxt qayınatasına, qayınanasına söyməz. Çünki həmin söyüşlər bir-bir geri qayıdır. Amma bu məsələlər ancaq ərlə-arvad arasında müzakirə olunmalıdır. Övladlarımızı öz hikkəmizə qurban verməyə ixtiyarımız yoxdur.
Tez-tez bu mənzərənin şahidi oluram: evdəki söz-söhbətə, söyüşə görə valideynlər qızlarını boşatdırırlar. Sonra da onları yanlarına salıb, aylarla məhkəmə salonlarını, televiziyaların yarıqaranlıq studiyalarını dolaşırlar. Ərinin bir kəlmə sözünü həzm etmək istəməyən qadınlar bu dəfə aparıcıların qınağına tuş gəlir, bəzi ədəbaz ekspertlərin acı sözlərini udmalı olurlar…
Sözüm həmin valideynlərədir: əgər qızınıza baxmağa imkanınız yoxdursa, onun isti yuvasına su calayıb, uşaqları ilə birlikdə soyuq küçələrdə əsir-yesir etməyin…
Free Download WordPress Themes
Premium WordPress Themes Download
Download Best WordPress Themes Free Download
Free Download WordPress Themes
free online course
Öncəki xəbər

Azərbaycanlıların kütləvi etiraz aksiyası başladı - Canlı

Bunlara da bax

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda media nümayəndələri ilə görüş təşkil edilib

Bunlara da bax
İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda media nümayəndələri ilə görüş təşkil edilib

İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda media nümayəndələri ilə görüş təşkil edilib

Dünyada zəlzələ baş verəcək: İran bu görüntüləri ilk dəfə yaydı – VİDEO

Dünyada zəlzələ baş verəcək: İran bu görüntüləri ilk dəfə yaydı – VİDEO

ABŞ-da yaşayan azərbaycanlı şirkət sahibi…

ABŞ-da yaşayan azərbaycanlı şirkət sahibi…

Havanın temperaturu aşağı enəcək

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Köşə

Onlar bizdən hündürdü…

Orda hamı görüşəcək…

21/02/2019 - 00:55
“Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur…”

“Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur…”

21/02/2019 - 14:15
88-ci ilin fevralı – Meydana aparan yollar

88-ci ilin fevralı – Meydana aparan yollar

19/02/2019 - 21:40
NYURNBERQ PROSESİ: Bəs Ermənistan üzrə proses nə vaxt başlayacaq?

NYURNBERQ PROSESİ: Bəs Ermənistan üzrə proses nə vaxt başlayacaq?

19/02/2019 - 16:22

Türk Qacar imperiyası və “Persiya tarixi”

18/02/2019 - 22:19
Hadinin ürək yandıran təşvişi…

Hadinin ürək yandıran təşvişi…

17/02/2019 - 23:38
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Əlaqə: +994 50 323 51 05

© 2018 Ofris.Agency

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2018 Ofris.Agency