10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək

Prezidentİlham ƏliyevinAzərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından sonra məbləği 10 min dollardan yuxarı olan kredit borcları üçün də müəyyən addımların atılacağının gözlənildiyi bildirilir.
Qaynarinfoxəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, fiziki şəxslərin problemli kreditlərinə dair kompensasiyalar tam ödənildikdən sonra hüquqi şəxslərlə bağlı da fərman veriləcək.
Mənbə qeyd edir ki, 2015-ci il devalvasiyalarından sonra sahibkarlara xeyli dərəcədə ziyan dəyib. Onlar da devalvasiya nəticəsində daha çox kredit ödənişi etmək məcburiyyətində qalıblar. Bu səbəbdən də 10 min dollardan yuxarı kreditlər məsələsi müzakirə edilir. Hazırda bununla bağlı bir neçə həll variantında təkliflər hazırlanır.Yaxın vaxtlarda təkliflərin ölkə başçısına təqdim ediləcəyi gözlənilir.